KQB-nin İsraildəki ən məşhur casusu öldü
Tarix: 1-12-2015, 10:48 | Çap et
KQB-nin İsraildəki ən məşhur casusu öldü
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin İsraildə olan ən məşhur casusu Markus Klinqberq Parisdə 97 yaşında ölüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.

Qeyd edək ki, Markus Klinqberq İsraildəki gizli bioloji tədqiqatlar institutunun direktor müavini olub. Markus Klinqberq 1983-cü ildə İsrailin Şin Bet əks-kəşfiyyat idarəsi tərəfindən həbs olunub. O, SSRİ kəşfiyyatına çalışmaqda günahlandırılıb. Daha sonra Klinqberq gizli məhkəmədə ömürlük həbs cəzasına məhkum edilsə də, cəza 20 ilə endirilib. 1991-ci ilə qədər Klinqberqin həbsi gizli saxlanılıb və hətta ailəsi bunun haqqında danışmağa cəsarət etməyib. 20 il SSRİ xeyrinə casusluq edən Klinqberq 2003-cü ildə azadlığa çıxıb və həyatının qalan günlərini Parisdə davam etdirib. İsrail kəşfiyyatı indiyə qədər onun fəaliyyətinin ölkəyə milyonlarla dollar ziyan vurduğunu deyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net