İran şaxtaları daha çox pul gətirə bilər
Tarix: 30-11-2015, 10:25 | Çap et
İran şaxtaları daha çox pul gətirə bilər
İranın hökumət rəsmisi deyir ki, ölkənin mədən sənayesindən neftdən daha çox gəlir əldə etmək potensialı var.

Sənaye, Mədən və Ticarət Nazirinin birinci müavini Mojtaba Khosrowtaj noyabrın 29-da dərc olunmuş müsahibədə belə deyib.

O, Bloomberg agentliyinə deyib ki, məsələn, mis İranın neft sənayesindən daha çox gəlir gətirə bilər. Nazir müavini onu da sözlərinə əlavə edib ki, yerli və xarici şirkətləri metal sektorunun inkişafına həvəsləndirmək lazımdır.

İyulda dünya gücləri əldə olunmuş saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net