TƏBİB: Koronaviruslu xəstələrin deksametazondan geniş istifadə etməsi yanlışdır
Tarix: 8-12-2020, 15:19 | Çap et
TƏBİB: Koronaviruslu xəstələrin deksametazondan geniş istifadə etməsi yanlışdır

“Koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, intensiv terapiyada yatan xəstələrin sayı artır: “Bu gün narahatlıq doğuran məqamlardan biri xəstələrin xəstəxanalara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Əhali arasında sosial şəbəkələr vasitəsi ilə çoxsaylı reseptlər dolaşır. Vətəndaş qan durulducular qəbul edirsə, dozaları həkimlərlə məsləhətləşməlidirlər. Deksametazonu gün ölkədə geniş istifadə olunur, hətta apteklərdə tövsiyə edirlər. Bu, səhvdir. Antiviral preparatlar da bu sıraya daxildir. Həkim məsləhəti olmadan bu dərmanlardan ev şəraitində istifadə edilməməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net