23-24 iyul tarixlərində keçirilən buraxılış və qəbul imtahanlarında iştirak etməyənlərin sayı açıqlanıb
Tarix: 26-07-2020, 01:16 | Çap et
23-24 iyul tarixlərində keçirilən buraxılış və qəbul imtahanlarında iştirak etməyənlərin sayı açıqlanıb
23-24 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 2359 nəfərdən 202 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 2559 nəfərdən 902 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4621 nəfərdən 407 nəfər, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 167 nəfərdən 11 nəfər imtahana gəlməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net