İngilis mütəxəssisdən Ermənistana sərt tənqid: “Rüsvayçı hərəkətlərinə görə utan!”
Tarix: 17-07-2020, 12:39 | Çap et
İngilis mütəxəssisdən Ermənistana sərt tənqid: “Rüsvayçı hərəkətlərinə görə utan!”
Tovuzda baş verən erməni təxribatına ötən ayadək 10 il Azərbaycanda işləmiş ingilis Fil Şarples də biganə qalmayıb.

Oxu.Az xəbər verir ki, futbol sahəsində stadionların qazonları ilə bağlı məsələlərə cavabdeh olmuş britaniyalı mütəxəssis Ermənistanı sərt tənqid edib:

“Azərbaycanın qərb hissəsində Ermənistan tərəfindən onlara məxsus olmayan torpaqların oğurlanmasına çalışan hücumları gördükdən sonra və azərbaycanlıların necə sülhsevər və gözəl xalq olduğunu bildiyimdən bunları deyəcəyəm.

Deyə biləcəyim odur ki, Azərbaycanın yanındayam. İndi insanlar tək virusdan ölmür, indi onlar raket və mərmidən ölməkdən qorunmalıdır. Ermənistan… utan! Rüsvayçı hərəkətlərinə görə!”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net