"Azercell"dən daha bir fırıldaq — Qanunlar pozulur, istehlakçı aldadılır
Tarix: 9-01-2018, 09:44 | Çap et
"Azercell"dən daha bir fırıldaq — Qanunlar pozulur, istehlakçı aldadılır
"Azercell Telekom" MMC Azərbaycan Reklam haqqında qanunun 4.2. və 18.0.5. maddələrini pozaraq müştərilərini aldatmaqda davam edir.
"Ölkə.Az" xəbər verir ki, "Azercell Telekom"un rəsmi saytında "Hədsiz" adı altındakı tarif planında istehlakçı hüquqları pozulur.

Şirkətin rəsmi saytında "Hədsiz" başlığı altında istehlakçılara təqdim olunarkən, istehlakçı müəyyən məbləğlə hədsiz imkanlara sahib olacağını düşünür. Amma tarif planı ilə yaxından tanış olunduğu zaman əslində müəyyən həddi olan tarif təqdim olunduğunun şahidi olur.

Belə ki, şirkət 49.9 manata 3 000 şəbəkədaxili dəqiqə, 500 şəbəkəxarici dəqiqə, 50 dəqiqə beynəlxalq danışıq, 2 000 ölkədaxili və ölkəxarici SMS (qısa nömrə və rominq xaric), 5 GB internet əldə etmiş olur.

Bu isə heç bir halda "Hədsiz" adı altında satışa çıxarıla bilməz. Çünki Azərbaycan Respublikası reklam haqqında qanunun 4.2. maddəsində bildirilir ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır.

Şirkətin qanun pozuntuları bunla da bitmir. Aşağıda göstərilmiş şəkilə diqqət yetirdiyimiz zaman sms həddinin 2 000 olduğunu görürük.

"Azercell"dən daha bir fırıldaq — Qanunlar pozulur, istehlakçı aldadılır

Amma şirkət burda da ətraflı məlumat verməyib ki, bu da Azərbaycan Respublikası reklam haqqında qanunun 18.0.5. maddəsini pozur.

Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, şirkətin sözügedən reklamında natamam reklam verməsinə icazə vermir.

Çünki, reklamda 2 000 ədəd SMSin qısa nömrə və rominqlərə göndərilməsinə icazə verilmədiyi barədə məlumat əks olunmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
07-07-2018 07:42
 
 
07-07-2018 07:39
 
 
07-07-2018 07:38
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net