Nazir Ramin Quluzadənin “juçok” qorxusu və ya yeni komanda planının təfərrüatları
Tarix: 19-02-2016, 10:36 | Çap et
Nazir Ramin Quluzadənin “juçok” qorxusu və ya yeni komanda planının təfərrüatları
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə gətirilən nazir Ramin Quluzadənin apardığı ilkin kadr islahatlarının nazirlikdə birmənalı qarşılanmadığı sirr deyil.

Bu barədə mətbuatda, o cümlədən Mia.az-da "Yeni nazirin yeni aparat rəhbəri və rabitəyə yad komandası: 3 ayı tamam olan Ramin Quluzadənın müdhiş planları" başlığı ilə yayımlanan araşdırmada nazirliyin yeni aparat rəhbəri Əli Abdullayevin, o cümlədən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) yeni rəisi Rövşən Babayevin simasında bu təyinatların narazılıqla ifadə olunduğu qeyd olunubdur.

Mia.az xəbər verir ki, bundan sonra rabitədə hazırda cərəyan edən maraqlı proseslər medianın və sosil şəbəkənin diqqətində olub.

Bu və ya digər məqamlarla bağlı Mia.az-a son məlumatlalrı danışan rabitədki mənbənin sözlərinə görə, nazir Ramin Quluzadənin "rabitəni Əli Abbasovla Vidadi Zeynalovun cinayətkar şəbəkəsindən xilas" adlı planı kimi təqdim etdiyi hazırkı addımları təkcə adları yuxarda qeyd olunan Əli Abdullayevlə Rövşən Babayevin simasında təhlil etmək doğru deyil:

"Sizə qəribə görünə bilər. Ancaq məlumunuz olsun ki, yeni nazir Ramin Quluzadənin rabitəyə ilk gəlişində ilk atdığı addım da xidməti kabinetə nə dərəcə aludə olmasından başladı. O, hələ birinci müavin kimi nazirin səlahiyyətlərini icra edərkən, Əli Abbasovdan boşalan otağa köçmədi. Əvəzində İltimas Məmmədovun xidməti kabinetindən istifadə etdi. O zaman hamı bunu prosedur gərəyi hesab edərək, normal qarşıladı, üstəlik, yeni nazirə bu və ya digər hərəkətləri sadəliyi, zəhmətsevərliyi ilə əlaqləndirildi. Amma sonradan əsl həqiqət üzə çıxdı. Aydın oldu ki, yeni nazir sələfi Əli Abbasovun böyük maliyyə hesabına lüks şərait yaratdığı xidməti kabinetə yalnız kostyumunu götürüb, köçmək niyyətində deyilmiş. O, böhranlı vəziyyətə baxmayaraq, Əli Abbasovun yüksək komfortlu, hamamlı, cakkuzili xidməti kabinetini yenidən təmir etdirməyə qərar verdi. Beləliklə, nazirin kabineti yenidən əsaslı və super təmir edildi. Ramin Quluzadə məhz bundan sonra nazir üçün nəzərdə tutulan kabinetə köçdü.

Maraqlı məqam ondan ibarətdir ki, 20 gün əvvəl aparat rəhbəri təyin edilən Əli Abdullayev də nazirindən geri qalmır. Yəni o da nazirlikdə aparat rəhbəri üçün nəzərdə tutulan xidməti kabinetə bu günədək köç eləməyib. Bəli, o, Ramin Quluzadənin 1-ci müavin təyin edildikdən sonra oturduğu kabinetdə, yəni vaxtı ilə hazırkı müavin İltimas Məmmədovun oturduğu otaqda məskunlaşıb. Hansı haqq və hüquqla?!

Bax, bu suala aşağıda cavab verəcəyik. Hələlik isə onu deyim ki, aparat rəhbəri Əli Abdullayev də Vidadi Zeynalovun otağında əyləşməkdən sanki qorxur, sanki bu adamlarda "juçok" və yaxud türkə-çarəlik, yəni düşər-düşməzlik kimi ara həyəcanı, qorxusu var. Bəli, Əli Abdullayev də hazırda Ramin Quluzadənin bu günlərdə boşaltdığı 1-ci müavinin xidməti kabinetindən istifadə edir. Bəlkə də bəziləri üçün sadə görünən bu faktların arxasında gizli səbəblər var”.

Mənbə deyir ki, birinci növbədə həm Ramin Quluzadə, həm də Əli Abdullayev hər iki otaqda dinləmə qurğularının (juçok”) yerləşdirilməsindən qorxurlar:

"Ona görə də onlar ilk gündən vəzifələrinə uyğun ayrılan otaqlarda oturmadılar. Və təmirə qərar verdilər. Nazir Ramin Quluzadənin hətta xidməti kabinetindəki çox bahalı mebelləri dəyişməsi də, belə düşünməyə ciddi əsas verir.

Digər səbəb isə Ramin Quluzadənin qarşıdakı planı ilə bağlıdır.

Bəli, o, Əli Abdullayevin simasında nazirlikdə özünün vahid komandasını yaratmaq istəyir. Bununçün də Əli Abdullayevə aparat rəhbəri təyinatının müvəqqəti olduğu da bildirilib. Ramin Quluzadə onu özünə 1-ci müavin təyin etdirmək istəyir (Xatırlayırsınızsa, bu taktiki gedişi Statistika Komitəsinə ötən il sədr təyin edilən Tahir Budaqov da təzəlikcə sınaqdan çıxarıb. O, uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir yerdə işlədiyi yaxın dostunu əvvəl aparat rəhbəri təyin etd. Bu günlərdə isə onun 1-ci müavin təyinatına nail oldu – Mia.az).

Diqqət etmisinizsə, məhz buna görə də, təyinatından 20 günə yaxın ötməsinə baxmayaraq, informasiya texnologiyaları üzrə statusu olan rabitədə Əli Abdullayevin təyinatı hələ də nazirliyin rəsmi saytında qeyd olunmayıb”.

Məlumatlı şəxs deyir ki, Əli Abdullayevin 1-ci müavin təyinatı ilə yanaşı, nazir aparat rəhbəri postuna köməkçisi Emin Məmmədovu gətirmək istəyir:

"Nazir Ramin Quluzadə "Global Interiors Group” MMC-də layihə üzrə menecer, 2008 - 2010 –cu illlərdə isə "Azərilənd” MMC-də baş məsləhətçi, 2010 - 2016 - Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində işləmiş, rabitədən zərrə qədər anlayışı olmayan Emin Məmmədovun aparat rəhbəri, Əli Abdullayevin isə nazirin 1-ci müavini təyin edilməsinə nail olmaqla, hazırda müavinləri olan İltimas Məmmədovla Elmir Vəlizadəni də oyundankənar vəziyyətə qoymaq istəyir. Bundan başqa, o, nazirlikdə bir neçə şöbə istisna olmaqla, qalanlarını da əvəzləməkdə qərarlıdır.

Bildiyiniz kimi, o, bu günlərdə Əli Abbasovun ən yaxın adamlarından olan Beynəlxalq şöbənin müdiri Ayaz Bayramov da daxil olmaqla, artıq bir neçə şöbə müdiri ilə yollarını ayırıb. Qalanlarına isə vaxt qoyub”.

Ramin Quluzadənın nazirin ictimaiyyətlə əlaqələr üzrə nazirliyin faktiki məsul şəxslərini də oyundankənar durumda qoyduğunu, bu səlahiyyətləri isə vaxtı ilə İTV-də, bir neçə il əvvəldən isə Heydər Əliyev Fondunda çalışan Tahir Məmmədova həvalə etdiyini deyən müsahibimiz bildirib ki, onun da təyinatı nazirliyin saytında rəsmiləşdirilməyib:

"Oysa ki, Tahir Məmmədov nazirliyin informasiya siyasətini təbliğ edən sahəyə vaxtı ilə İTV-də işləmiş və özünün himayə etdiyi komandası ilə tam yerləşib, hər şeyə nəzarət edir, göstəriş verir. Lakin maraqlı nüans ondadır ki, o, mediaya açıqlamasında yeni vəzifəsindən danışmaqdan yayınır. Sanki o, nazirlikdə hələlik qeyri-rəsmi səlahiyyət sahibi olduğunu göstərmək istəyir. Ya da mümkündür ki, yeni nazirin Heydər Əliyev Fondunun hesabına (Ramin Quluzadənin stratteji sahədən kadrların nazirliyə axınını təmin etməkdə görəsən hansı marağı var? O, bununla kimlərə mesaj vermək istəyir? Yaxud o, bununla fondun ictimai nüfuzuna zərbə vurduğunun fərqində deyilmi?!- Mia.az) rəhbərlik etdiyi nazirlikdə formalaşdıracağı yeni komanda da başqa bir posta iddialıdır. Hələlik, görünəən odur ki, Tahir Məmmədov da nazirin rabitədəki yeni komandasında vəzifə bölgüsünü tam dəqiqləşdirməkdə çətinlik çəkir”.

Məlumatlı şəxs nazirin hələlik hansı şöbə müdirlərini əvəzləməkdən ehtiyatlandığını da açıb.

Bildirib ki, bu şöbə müdirləri hakim komandanın ciddi fiqurları ilə bu və ya digər formada bağlı olduqlarından Ramin Quluzadə hələlik onlara toxuunmaq istəmir: "Ancaq həmin şöbə rəislərini də proseslərdən təcrid edilib...”.

Daha sonra müsahibimiz sabiq nazir Fərhad Əliyevin vaxtı ilə "hakimiyyətə daxildən fəth etmək” planının rabitədə çox ustalıqla həyata keçirilməsindən də danışıb.

O, Əli Abdullayevin aparat rəhbəri və nazirin 1-ci müavini təyinatı haqda planının da təsadüf olmadığını deyərək, Ramin Quluzadənin apardığı islahat və kadr təyinatlarına ictimai nəzarətin daha da yüksək olmasının vacibliyini qabardıb.

Mənbə rabitədə baş verən sensasion hadisələr və nazirin "başmaq gəzintisi” zamanı yaşanan maraqlı anlardan da söhbət açıb.

Bu və ya digər məqamlarla bağlı yazılarımız davam edəcək. Eyni zamanda, "Aztelekom”la "Azərpoçt”la bağlı nazirin yeni planı, birləşdiriləcək qurumlara kimlərin rəhbər təyinatı ilə bağlı ortada gəzən söhbətlər haqda da ilginc informasiyalar var.

Yazıda adları hallanan şəxslərin də mövqeyini dərc edə bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net