Şamaxıda seşki təxribatı - QALMAQAL
Tarix: 19-10-2015, 09:18 | Çap et
Şamaxıda seşki təxribatı - QALMAQAL
Şamaxı rayonunun Həmyəli kəndində 85 saylı Dairə Seçki Komissiyasından deputatlığa namizəd olan Ləman Süleymanovanın keçirdiyi görüş zamanı təxribat törədilib.

Bu barədə məlumatı Azinforum.az-a namizədin seçki qərərgahından veriblər. Bildirilir ki, Şamaxı rayon İcra Hakimiyyətində işləyən və əslən həmin kənddən olan Orxan Vəliyev adlı şəxs kənd camaatına Ləman Süleymanovanın görüşünə gəlməsinə maneə yaradıb:

"Bizim görüşün yeri təşviqat üçün DSK ilə razılaşdırılmış yerdə keçirilib. Görüş üçün nəzərdə tutulan vaxtda bir neçə saat qalmış xəbər tutduq ki, Orxan Vəliyev kənddə insanları görüşə getməmək barədə təlimatlandırır. Ancaq buna baxmayaraq, bizim görüş baş tutdu. Ləman Süleymanova həmin kənddə seçicilərlə möhtəşəm bir görüş keçirdi.
Həmin görüşdə həm də konsert proqramı nəzərdə tutulmuşdu. Ləman xanımı Azərbaycanın tanınmış incəsənət nümayəndələri, media mənsubları müşahidə edirdi. Təxribatının baş tutmadığını görən Orxan Vəliyev Ləman Süleymanovanın səlahiyyətli nümayəndəsi, tanınmış jurnalist İlqar Qulusoya yaxınlaşaraq konsertin dayandırılmasını tələb edib. Səbəbini də belə izah edib ki, həmin müğənnilərin geyimlərini bilməyərək kəndə gəlməsi düzgün deyil. Bundan sonra isə işıqlar söndürülüb. Belə təxribatın olacağını təxmin etdiyimiz üçün, özümüzlə apardığımız generatoru işə saldıq. Biz baş verən neqativliklər və seçki təşiqatına yaradılan əngəllə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət etməyi planlaşdırırıq”.

Biz həmin konsertdə iştirak edən müğənnilərlə əlaqə saxladıq.

Tanınmış müğənni Nurlan Əzizbəyli Azinforum.az-a açıqlamasında bildirdi ki, Həmyəli kəndində onlara qarşı böyük hörmətsizlik olub:

"Bunun sadə kənd camaatı ilə heç bir əlaqəsi yoxdur. Eşitdik ki, kimsə təxribat xarakterli əməllər edərək müğənnilərin geyiminə irad tutub. Həmin görüşə gedən bütün xanım müğənnilər çox ədəbli geyinmişdilər. Mən oxuduğum yerdə işıqları söndürdülər. Bu yolveriməzdir. Yəqin ki, bu əməllərin arxasında duranlar layiqli cəzalarını alacaqlar”.

Tədbirdə iştirak edən digər tanınmış müğənni Arzu Mələk də Azinforum.az-a baş verən hadisəni pislədi: "Kiminsə öz təxribatını həyata keçirmək üçün bizim geyimimizi bəhanə etməsi yolverilməzdir. Sənətdə yeni olan adamlar deyilik ki, kimsə bizə geyim öyrətsin. Biz də bu məsələnin araşdırılması üçün əlaqədar qurumlara şikayət ünvanlayacayıq”.

Azinforum.az qalmaqalla bağlı adı çəkilən Orxan Vəliyevlə əlaqə saxlayıb. Orxan Vəliyev həqiqətən sözügedən kənddən olduğunu təsdiqləyib, ancaq Şamaxı rayon İcra Hakimiyyətində işləmədiyini bildirib.

Şamaxı rayon sakinləri isə Azinforum.az-a Orxan Vəliyevin əvvəllər "Dəmir” bankda çalışdığını, oradan isə böyük qalmaqalla ayrıldığını və uzun müddət işsiz qaldığını dedilər. Xatırladaq ki, Şamaxıda əlaqə saxladığımız hər bir şəxs Orxan Vəliyevi İcra Hakimiyyətinin işçisi kimi xarakterizə etdi.

İnformasiya bizə iş günün axırında çatdığı üçün, Şamaxı İcra Hakimiyyəti ilə mövzunu dəqiqləşdirə bilmədik.

Azinforum.az-a təqdim olunan fotolardan da görünür ki, tədbirdə iştirak edən müğənnilər normal geyimdə olublar.

Mövzuya qayıdacayıq.





Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net