Fəyyaz Məmmədovun həbsi reallaşır
Tarix: 11-06-2015, 10:47 | Çap et
Fəyyaz Məmmədovun həbsi reallaşır
Mingəçevir şəhərində yerləşən «Fəqan Xidmət» MMC-də maliyyə fırıldaqları, büdcə vəsaitlərinin göyə sovrulması və digər problemlər pik həddə çatıb. Qeyd edək ki, şirkətin rəhbəri Fəyyaz Məmmədovun fəaliyyətindəki neqativ məqamlar barədə indiyə qədər ayrı-ayrı mətbuat səhifələrində saysız-hesabsız tənqidi məqalələr dərc olunub. Bir müddət əvvəl «Beynəlxalq Bank işi»nə görə bəzi nüfuzlu iş adamlarının həbs edilməsi bütün diqqətləri Fəyyaz Məmmədovun üzərinə yönəldib. Hətta onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindirildiyi haqda da məlumatlar yayılmağa başlayıb. Məlumat üçün bildirək ki, Goranboy rayonunda həyata keçirilmiş bir sıra tikinti işləri ilə əlaqədar tenderlərin qalibi olmuş «Fəqan Xidmət» MMC-nin rəhbəri Fəyyaz Məmmədov bir müddət əvvəl böyük qanunsuzluğa imza atıb. Belə ki, Audit Xidməti onlarda yoxlama aparıb və bütün sənədlər komplektləşdirilərək Şəkidə yerləşən «Əhmədli Muxtar A» şirkətinə təhvil verilib. Həqiqətən də Şəki şəhərində belə bir MMC fəaliyyət göstərir. Daha doğrusu, «Əhmədli Muxtar A» MMC-nin nə ofisi var, nə də sənəd saxlamaq üçün yeri. Şəki şəhəri, D.Bünyadov küçəsi 10, Dəmiryol Stansiyasının yanında yerləşən və Əhmədov Əhmədli Muxtar oğlunun rəhbəri olduğu MMC-nin nizamnaməsində isə arxiv fəaliyyəti ilə məşğul olmaqla bağlı heç bir məlumat yoxdur. Buna rəğmən, «Fəqan Xidmət» MMC-nin rəhbəri bütün lazımı sənədləri səlahiyyəti olmayan bir şirkətə verib. Əhmədli Əhmədov Muxtar oğlu isə bildirib ki, o, sadəcə, akt tərtib edərək, sənədə imza atıb: «Heç bir sənədi araşdırmamışam. Onların hansının yandırıldırıla və yandırılmaya biləcəyini də araşdırmamışam. Eləcə gəldilər, sənədləri məhləmizə töküb getdilər. Məhəlləmizdə yaşayan qaçqınlar da həmin kağız-kuğuzu götürüb yandırdılar». Bildirək ki, Ədliyyə naziri Fikrət Məmmədovun təsdiqlədiyi «İcra hakimiyyəti orqanlarının, idarə, mğəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma mğddətləri güstərilməklə nğmunəvi siyahısı» adlı sənəddə qeyd olunur ki, Sənədlərin idarələrdə saxlanmasının son müddətləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunla tənzimlənir. Həmin qanuna əsasən dövlət hakimiyyət orqanlarının sənədləri 15 il, rayon və şəhər hakimiyyət orqanlarının sənədləri 5 il, bələdiyyə orqanlarının sənədləri 5 il, elmi-texniki sənədlər 15 il, kino, foto, fono sənədlər və videoyazılar 3 il, vətəndaşlıq vəziyyəti aktları, notariat fəaliyyəti, məhkəmə işləri və şəxsi heyət üzrə sənədlər isə 75 il müddətinə arxivdə saxlanılmalıdır. Qanunvericilikdə belə bir müddə da var ki, əgər hər hansı bir dövlət qurumu və ya özəl şirkətlə bağlı və ya onun iddiası ilə əlaqədar hər hansı bir cinayət işi aparılırsa, hətta audit yoxlaması aparılsa belə sənədlər ləğv edilə bilməz. Həmin sənədlər arxiv fondunda verilməli, surətləri isə şirkətdə saxlanılmalıdır. Və proses istintaq başa çatana kimi davam etməlidir. Baş verənlərdən aydın şəkildə görünür ki, «Fəqan Xidmət» MMC-nin atdığı addım konkret olaraq izi itirməyə, yediyi büdcə vəsaitlərinin üstünü gizli saxlamağa hesablanıb. Amma o nə qədər cəhd göstərsə də, həyata keçirdiyi qanuna zidd işlərin və maliyyə yeyintilərinin üstünü ört-badır etməyi bacarmayıb. Deyilənə görə, artıq aidiyyəti hüquq-mühafizə orqanlarına Fəyyaz Məmmədovun töbrətdiyi özbaşınalıqlar barədə zəruri informasiyalar çatdırılıb. Bu arada, qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə Fəyyaz Məmmədovun barəsində müraciət göndərilib. Şikayət məktubunda vurğulanıb ki, bu gün bütün Azərbaycan vətəndaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikasının büdcəsinin vəsaitlərini talayan, mənimsəyən insanlara qarşı aparılan tədbirləri çox təqdir edir və əmindirlər ki, dövlətə ziyan vurmuş və onun əmlakını talamaqla, dövlətimizə, xalqımıza ziyan vuran bütün günahkar insanlar öz cəzasını tapacaq. Lakin şikayətçilər təkcə ayrı-ayrı iş adamlarının deyil, həmçinin dövlətə ciddi zərər vurmuş «Fəqan Xidmət» MMC-nin də fəaliyyətinin yoxlanılmasının vacibliyini vurğulayırlar. «Məlumat üçün bildirək ki, 2012-ci ilin mart ayında Goraboy rayonunda abadılq işləri aparılması üçün dövlət büdcəsindən 2.000.000 manat pul ayrılıb, tender keçirilib və həmin tenderin qalibi kimi «Fəqan» firması olub. 28.03.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 272 547 (iki yüz yetmiş iki min beş yüz qırx yeddi) manat məbləğində tenderi qəbul edib. Bundan sonra 21.05.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 1 352 704,79 manat (bir milyon üç yüz əlli iki min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) məbləğində tenderi qəbul edib».
Məktubda həmçinin qeyd olunur ki, daha sonra 25.12.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 105 000 (yüz beş min) manat məbləğində tenderi qəbul edib. «Göründüyü kimi Goranboy rayonunda abadlıq və quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində “Fəqan xidmət təşkilatı” MMC-nə qısa müddət ərzində 2.000.000 manata yaxın vəsait ayrılıb. Əvvala “Fəqan xidmət təşkilatı” MMC -nin quruluşu barədə məlumat vermək istərdik. Belə ki, ilk anlamda belə hesab etmək olar ki, bu tenderi udmuş şirkət, böyük bir təşkilatdır. Halbuki, həmin «şirkət»nin cəmi iki işçisi, yəni müdüri və mühasibi var. Bu işlər aparılan müddətdə “Fəqan xidmət təşkilatı” MMC bir nəfər olsun belə istər fəhlə, istər usta ilə əmək müqaviləsi bağlamayıb. Yəni işlərin aparıldığı dövürdə həmin təşkilatın işçi qüvvəsi olmayıb. Bundan başqa MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri olmayıb. Bir sözlə “Fəqan xidmət təşkilatı” MMC bu işlərin aparılması üçün nə işçi qüvvəsi olub, nə də avadanlıqlar və nəqliyyat vasitələri olmayıb».
O da qeyd olunur ki, “Fəqan xidmət təşkilatı” MMC heç kəslə subpodrat müqaviləsi də bağlamayıb. «“Fəqan Xidmət Təşkilatı” MMC-nin rəhbəri Məmmədov Fəyyaz Məmməd oğludur. O, əvvəllər bir necə dəfə CM-nin 179,178-ci maddələri ilə məhkum olunub və uzun müddətli azadlıqdan məhrum etmə növündə cəza çəkib. Belə adamın özünün bu böyük lahiyəyə rəhbərlik etməsi ən azından başa düşülməzdir. Bu adamın Goranboyda olması da inandırıcı deyil. Çünki Gəncə Məhkəməsinin apardığı araşdırma zamanı məlum olub ki, özünü iş adamı kimi təqdim edən F.Məmmədov 2012-ci ilin noyabrından 2013-cü ilin martına qədər cəmi 12 dəfə, o da hər dəfə cəmi 20-30 dəqiqə Goranboy rayonunda olub. Nəzərə alsaq ki, Fəyyaz Məmmədovun rəhbərlik etdiyi «Fəqan Xidmət Təşkilatı» MMC, Goranboy rayonunda abadlıq işləri aparmaq üçün 2.000.000 manatlıq tenderi udub, o zaman belə qənaətə gəlmək lazım idi ki, Fəyyaz Məmmədov gecə-gündüz Goranboy rayonunda olmalıydı və işlərə rəhbərlik etməliydi. Onun isə cəmi 5 ay ərzində özü də cəmi hər dəfə 20-30 dəqiqə Goranboy rayonunda olması onun əyani sübutudur ki, Fəyyaz Məmmədovun bu görülən işlərlə bağlı heç bir əlaqəsi olmayıb, yəni o qondarma bir şəxs olub». Şikayətçilər vurğulayır ki, digər bir maraqlı məqam isə «Fəqan Xidmət Təşkilatı» MMC-nin tenderlə bağlı aparılan işlərin sənədləşdirilməsi ilə bağlıdır. «Məlum olub ki, Məmmədov Fəyyaz Məmməd oğlu adı çəkilən sənədləri arxivə vermək adı ilə məhv edib, bununla da sübutları gizlədib. Elə bu səbəbdən də MMC-də yoxlamaların aparılması zəruridir və bunun üçün aşağıdakı suallara da aydınlıq gətirilməlidir. Birincisi, “Fəqan xidmət təşkilatı” MMC 2012-2013-cüillər ərzində olan dövrdə fəaliyyət göstərmişdimi?. İkincisi, əgər fəaliyyət göstərmişdirsə hansı fəaliyyət növü ilə məşğul olub. Üçüncü sual isə həmin dövürdə onların işçi qüvvəsinin tərkibi neçə olması ilə bağlıdır. Bundan başqa, MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri mövcuddurmu sualı da olduqca ciddi məsələ sayılmalıdır.
- İşçi qüvvəsinin tərkibi, balansında olan avadanlıqlar və nəqliyyat vasitələri görməli olduğu xidmətləri həyata keçirməyə uyğundurmu?
- Qeyd edilən dövrdə MMC-nin ümumi gəliri nə qədər olmuşdur və nə qədər vergi ödəmişdir?
- Ayrı-ayrı təşkilatlarla debitor və kreditor borcları hansı vəziyyətdə olmuşdur?
Əgər göstərilən bütün bu məsələlər araşdırılsa, onda ümudvarıq ki, “Fəqan xidmət təşkilatı” MMC-nin dövlət büdcəsinin vəsaitlərinin mənimsəməsi faktı öz təsdiqini tapacaq». Özəl mənbələrin məlumatında isə deyilir ki, külli miqdarda yeyintidə ittiham olunan şirkət direktoru yaxın günlərdə istintaqa cəlb oluna və barəsində həbs qətimkan tədbiri seçilə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net