AZAL-ın ziyanla işləməsi...: Bu necə olur?
Tarix: 18-09-2018, 09:52 | Çap et
AZAL-ın ziyanla işləməsi...: Bu necə olur?
“AZAL əməliyyat xərclərini özü qəsdən şişirdir ki, ziyanla işlədiyini və vergidən yayınmasını təmin etsin, dövlətdən əlavə dotasiyalat alsın”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan aviaşirkətlərinin ziyanla işləməsinin səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

2017-ci ildə Azərbaycan aviaşirkətləri sərnişindaşımada 181,4 milyon manat məbləğində balans zərərinə məruz qalıb. Bu, əvvəlki illə müqayisədə təxminən beş dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. Rəsmi məlumatlara görə, ötən il ölkənin sərnişin aviaşirkətləri daşımalardan 462 milyon manat və ya 2016-cı ildəkindən 125,5 milyon manat və ya 37,3 faiz çox qazanıb. Beynəlxalq daşımalardan 426,7 milyon manat (artım 123,2 milyon manat), daxili daşımalardan 35,3 milyon manat (+ 2,3 milyon manat) əldə edilib.

AZAL-da təyyarə biletlərinin qiymətlərin digər ölkələrlə müqayisdə çox baha olmasını nəzərə alarsaq, bu ziyanı necə izah eləmək olar? Azərbaycan aviaşirkətlərinin ziyanla işləməsinin səbəbi nədir? Düzgün biznes siyasətinin aparılmamasımı, yoxsa korrupsiya və qazancların leqallaşdırımamsı kimi səbəblərdən ola bilərmi? Əgər AZAL öz işini düzgün qura bilmirsə, buna görə kim məsuliyyət daşımalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əmədaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “İnhisarçı bir şirkət olan və bazarda kifayət qədər heqemonluğa malik olan AZAL-ın ziyanla işləməsi mümkün deyil”.

AZAL-ın ziyanla işləməsini mümkünsüz hesab edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda sərnişindaşımanın az qala 98 faizə yaxını AZAL vasitəsi ilə həyata keçirilir. Hətta bir çox şirkətlərə də Azərbaycandan uçuş edərkən AZAL-la birlikdə fəaliyyət göstərməsi məcburiyyəti var:

“Əslində Azərbaycan aviaşirkətlərinin ziyanla işləməsi əməliyyat xərcləri ilə bağlıdır. Demək əməliyyat xərcləri kifayət qədər şişirdilib. İnhisarçı bir şirkət olan və bazarda kifayət qədər heqemonluğa malik olan AZAL-ın ziyanla işləməsi demək olar ki, mümkün deyil. Çünki Azərbaycanda sərnişindaşımanın az qala 98 faizə yaxını AZAL vasitəsi ilə həyata keçirilir. Hətta bir çox şirkətlərə də Azərbaycandan uçuş edərkən AZAL-la birlikdə fəaliyyət göstərməsi məcburiyyəti var. Yəni onların uçuşundan da AZAL pul qazanır. Bu da onu göstəriri ki, əməliyyat xərcləri, maya dəyəri kifayət qədər şişirdilib. Bunun araşdırılmasına ehtiyac var, çünki belə bir ziyanın ortaya çıxması mümkün deyil. İnhisarçı bir şirkət ziyanla işləyə bilməz.

Onu da qeyd edim ki, AZAL əməliyyat xərclərini özü qəsdən şişirdir ki, ziyanla işlədiyini və vergidən yayınmasını təmin etsin, dövlətdən əlavə dotasiyalar alsın. Necə ki, uzun illərdir AZAL dövlətdən daha çox dotasiya alan şirkətlərdən biridir.

Natiq Cəfərli: “AZAL dövlət şirkətidir. AZAL özəl şirkət deyil ki, kommersiya sirri olsun”.

Bütün bu hallara görə məzuliyyəti təbii ki, AZAL rəhbərliyi daşımalıdır. Zaman-zaman şirkətdə müstəqil audit aparılmalıdır və müstəqil auditin nəticələri ictimaiyyətə bildirilməlidir. Çünki AZAL dövlət şirkətidir. AZAL özəl şirkət deyil ki, kommersiya sirri olsun. AZAL rəhbərliyi ziyanlı işləmə görə birbaşa olaraq məsuliyyət daşıyır və bunun izahın verməlidir”.

Həmçinin iqtisadçı ekspert Natiq Cəfərli statsitaka görə Azərbaycanda ixracın birdən-birə kəskin şəkildə artması məsələsini də PİA.az-a şərh edib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatında belə deyilir ki, ölkəmizin son 8 aylıq ticarət dövriyyəsi 19,743 milyard dollar olub. Bunun 12,88 milyard dolları ixracın, 6,863 milyard dolları isə idxalın payına düşüb. İxracın birdən-birə bu şəkildə kəskin artmasını nəylə əlaqələndirmək olar? Ticarət dövriyyəsində kəskin müsbət saldonun yaranması üçün təkcə neftin qiymətinin artmasını yetərli hesab eləmək olarmı?

Mövzu ilə bağlı iqtisadçı ekspert qeyd edib ki, Azərbaycanın ixrac etdiyi neftin həcmi azalsa da, qiymət etibarı ilə artdı deyə Azərbaycanın ticarət dövriyyəsinə müsbət təsir göstərdi. Yəni kəskin artımın yeganə səbəbi neftin bahalaşmasıdır:

“Mən o rəqəmlərə baxmışam. Burada söhbət nominal artımdan, yəni pul ifadəsində artımdan gedir və kifayət qədər ciddi bir artım var. Bu da neftin qiymətləri ilə bağlıdır. Keçən ilin eyni dövrünə görə neft qiymətlərində təqribən 25 -30 dollar civarında artım müşahidə olundu. Bu artım ilin əvvəlindən 70-80 dollardan yuxarıda oldu. Azərbaycanın ixrac etdiyi neftin həcmi azalsa da, qiymət etibarı ilə artdı deyə Azərbaycanın ticarət dövriyyəsinə müsbət təsir göstərdi. Yəni kəskin artımın yeganə səbəbi neftin bahalaşmasıdır”.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net