Bakı Dövlət Universitetinin rektoru hələki müqavimət göstərir
Tarix: 31-01-2017, 09:10 | Çap et
Bakı Dövlət Universitetinin rektoru hələki müqavimət göstərir
Ali təhsil müəssisələri ilə bağlı məlumatlar hər zaman KİV-də geniş müzakirə olunan xəbərlər sırasındadır. Hansısa ali məktəbin bağlanması, yeni rektor təyinatları, gah da bəzi ali məktəblərdə baş alıb gedən özbaşınalıqlarla bağlı yazılar gündəmi əməlli-başlı zəbt edir. Elə son günlər “Təfəkkür” və “Qafqaz”universitetlərinin bağlanması ilə bağlı verilən qərara reaksiyalar buna əyani misal ola bilər.

Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Dillər Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti və daha bir neçə ali məktəbə yeni rektor təyinatı geniş müzakirələrə yol açdı. Həmin dövrdə ölkəmizin ən aparıcı ali məktəbi sayılan Bakı Dövlət Universiteti ilə də bağlı belə bir gözlənti olmasına baxmayaraq, bu baş vermədi. Bir müddət bu barədə söz-söhbətlər səngisə də, son günlər BDU-ya yeni rektor təyin ediləcəyi ilə bağlı növbəti dəfə xəbərlər yayılmağa başlayıb.

Faktinfo.az-a verilən məlumata görə, Təhsil naziri Mikayıl Cabbarovun vaxtilə özünün də məzunu olduğu Bakı Dövlət Universiteti ilə bağlı özünəməxsus planları var. Özü də nazir həmin planları təşəbbüsü ilə təyin ediləcək yeni rektorla birgə həyata keçirmək niyyətindədir.

Abel Məhərrəmov da bu barədə müəyyən qədər məlumatlıdır,ancaq postunda qalmaq üçün hələki müqavimət göstərir. Digər tərəfdən özünü bu sonluğa hazırlamış kimi də görünür. Hətta onun yaxın ətrafı da bu durumu sezməmiş deyil. A.Məhərrəmov bilir ki,rektorluqdan azad olunması ilə bağlı hər an sərəncam verilə bilər.Buna görə çox ehtiyyatlı və səhvsiz davranır, mümkün qədər güzəştə getməyə çalışır.Məsələn,son günlər jurnalistika fakultəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanlanmış səsli mesajının ölkə mətbuatında tirajlanmasından sonra 13 tələbənin “Politologiya” fənni üzrə imtahanı təkrar verməsinə göstəriş verməsi və bunun digər fakultələrə də şamil olunması rektorun ehtiyyatlı davranışının göstəricisidir .Hətta, dekan müavininin səsli mesajına dair məsələnin fakultə elmi şurasında müzakirə ediləcəyi belə deməyə əsas verir ki, A.Məhərrəmov tələbə narazılığının ikinci dəfə təkrarlanmasından ehtiyatlanır.

Qeyd edək ki,hazırda da Bakı Dövlət Universitetində yaşlı müəllimlərə hörmətlə yanaşılır,müəllim və professor heyyətinin hazırkı rektordan hər hansı narazılığı yoxdur, qış imtahan sessiyası hansısa narazılıqla müşayiət olunmur.

Yeri gəlmişkən, onu da xatırladaq ki, bir vaxtlar Təhsil naziri postunu tutmaq arzusunda olan namizədlər arasında A.Məhərrəmovun da adı hallanmışdı və həmin xəbərlər bu iki şəxs arasında soyuqluq yaratmışdı. Deyilənə görə, bu soyuqluq hələ də davam edir…
Faktinfo.az



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net