“Bakcell”in fırıldaqlarından kütləvi şikayət - Foto
Tarix: 12-05-2016, 09:44 | Çap et
“Bakcell”in fırıldaqlarından kütləvi şikayət - Foto
Ölkənin aparıcı mobil operatorlarından kütləvi şikayətlər var.

Vizual.az-a daxil olan növbəti şikayət məktublarından hələlik üçünü təqdim edirik. Bu müraciətlərdə "Bakcell”in abunəçiləri necə aldatdığı, bezdirdiyi və hüquqlarını pozduğu barədə faktlar yer alıb.

Heydər İsmayılov adlı abunəçi yazır: "Bakcell hər ay mənim balansımdan 18.20 AZN nəyəsə abunə olduğum üçün çıxır. Amma mən bu abunəliyi hər ay dayandırıram, amma yenə nəticə eynidir. Mən bu abunəliyə istəmədən qoşulmuşam. Mənim razılığım olmadan hansısa SMS Pay şirkətinə abunə oluram və aylıq 18.20 AZN balansımdam pul çıxır.

Şikayətim Bakcell-dəndir. SMS Pay şirkəti deyək ki fırıldaqçıdır. Bəs Bakcell? Harda qaldı korporativ dəyərlər? Harda qaldı sizin audit departamentinizin bığı burma kişiləri? Niujelni bunları tapa bilmirlər? Mən hər ay 18.20 AZN-i internetdən bakcell-ə ödəyirəm. Bu da Bakcell-in bankdakı hesabına gedir.

Daha sonra Bakcell 18.20 AZN-i həmin bu SMS Pay şirkətinə ödənilir. Demək ki, ortada bir müqavilə var və Bakcell bu fırıldaqçılardan xəbərdardır. Bakcell, aldatdığınız minlərlə müştəriyə ən azından açıqlama və üzr borclusunuz. Dayandırın bu fırıldaqçı şirkətlərlə əməkdaşlığı”.

Cavid Novruzov adlə abunəçi isə bunları qeyd edib: "Mən artıq 2 ilə yaxindir ki, bakcell abunəçisiyəm. O nece olur ki, menim balansim dunen 0.40 AZN olduqu halda ve men heckimle danişmadiqim halda, yani kontur xerclememişem balansdan amma bugun baxiram 0.00 AZN gosterir.

Niye olur bele hallar? Ozde birinci defede deyil cox vaxt bele olur. Niyə 25 deqiqe pulsuz danişiq vaxti verdikleri halda 10 saniyede danishsan 1 deqiqe cixirlar o pulsuz vaxtdan? Operator deyir sizin qoşulduqunuz tarif beledir, deyirem axi men hec bir tarife qoşulmamişam, deyirki bizde ele gostermir.

Niye bizde mobil operatorlar dogru xidmet gostermir axi? Niye firildaqciliq edirler? Niye bizim vetendaşlar onsuzda aşagi emek haqqi ile işledikleri halda pulunun normadan çox hissesini konturlara vermelidir? Niyə heç bir dövlət qurumu bununla bagli bir tedbir gorub vetendaşlarin menafeyini mudafie etmir? Biz gedib şikayetimizi kime bildirek bes? Derebeylikdi yani dogrudanda bu olkede? Bezmişik daha biz bu firildaqcilarin elinden”.

Hüseyn Kərimli adlı istifadəçi isə bildirib: "Bakcell-in məzəli-duzlu SMS-ləri seriyasından: Rus dilini öyrətməklə pul qopartmaq sevdasına düşən Bakcell "Zarplata"nı rus dilində yox, latınca yazır... Tutaq ki, öyrənmək istəyən bildi ki, maash zarplatadır, bəs bunu yazanda nə edəcək??? Bakcell deyil e, baxçacelldir”.

“Bakcell”in fırıldaqlarından kütləvi şikayət - Foto
“Bakcell”in fırıldaqlarından kütləvi şikayət - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net