Başçı aşpazına vəzifə verib, maşın bağışlayıb
Tarix: 14-03-2016, 09:22 | Çap et
Başçı aşpazına vəzifə verib, maşın bağışlayıb
Şamaxının icra başçısı Asif Ağayev barəsində yeni xəbər yayılıb.

Vertikal.az conflict.az-a istinadla bildirir ki, icra başçısı təhsili olmayan, müxtəlif iaşə obyektlərində aşpaz işləmiş Anar Rəsulova vəzifə verib. O, A.Rəsulovu rayon İcra Hakimiyyətinə komendant təyin edib. Buna səbəb A.Rəsulovun A.Ağayevə bu günə kimi şəxsi aşpazlıq etməsi olub.

A.Rəsulov icra başçısının həm iş, həm ev, həm də istirahətə getdiyi zamanlarda aşpaz kimi səlahiyyətli adamıdır. Onun bu xidməti icra başçısı tərəfindən layiqincə qiymətləndirilib. A.Ağayev aşpazına yalnız vəzifə verməyib, 56 AA 038 dövlət nömrə nişanlı Niva, 56 AA 101 dövlət nömrə nişanlı isə ağ rəngli “Cip” markalı avtomobillər verib.
Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır". Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net