"Ərim bundan çəkinir" - Dilarə
Tarix: 3-04-2015, 11:25 | Çap et
"Ərim bundan çəkinir" - Dilarə
“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova yeniliklərindən danışıb.
Axşam.az-ın məlumatına görə, ifaçı fəaliyyətini Ukrayna və Türkiyədə davam etdirdiyini bildirib:
“Yeni albom üzərində işləyirəm. Burada beş-altı mahnı yer alacaq. Ukraynada klip çəkdirmişəm. “Raining” adlı ingilis dilində mahnı oxumuşam. Milli boğazlar var, türk və Azərbaycan musiqi alətlərindən istifadə edilib. Maraqlı alınacağına inanıram. Kimə qulaq asdırmışamsa, sintez xoşuna gəlib. Bu həm də xaricdə Azərbaycan musiqisinin piarıdır. Bizim muğamımızı çox sevirlər. Bir müddətdən sonra yenidən Türkiyədə verilişə qonaq olacam. Qardaş ölkədə də fəaliyyətə başlamaq istəyirəm. Bir dəfə verilişə qatıldım, bəyəndiklərini gördüm”.
D.Kazımova həyat yoldaşı ilə münasibətlərindən də bəhs edib:
“Ərim İstanbuldadır. Biz tez-tez Türkiyəyə gedib-gəlirik. O, kameralara öyrəşməyib, bundan çəkinir. Sənətimdə mənə çox dəstək olur".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net