Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
Tarix: 2-04-2015, 16:42 | Çap et
Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
Iğdır Havalımanında səfərlərin sayı artırılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin şərqində yerləşən hava limanından istifadə hər ötən gün artır. Şəhərdə yaşan sakinlərin böyük bir hissəsi avtobusla 19 saatlıq yol qət edib Ankaraya çatmaqdansa təyyarə səfərlərinə üstünlük verirlər.

Hələ bu şəhərdən İstanbula avtobusla ən tezi 25 saata getmək mümkün olur. THY tərəfindən həftənin 5 günü təşkil olunan Ankara səfərləri, sərnişin sayının çox olması səbəbiylə 7 günə çatdırılıb.

Ümumi əhalisi 190 min olan Iğdırda yanvar ayında 16 min, fevralda 14 min 637, martda isə 15 min 652 sərnişin təyyarə ilə səyahət edib.

Iğdır Havalimanı müdiri Fikrət Bağca vətəndaşların göstərdiyi maraqdan son dərəcə məmnun olduqlarını söyləyib: "Bizə İran və Azərbaycandan da böyük tələb var. Xüsusilə Naxçıvandan gələn turistlər bizim hava limanından istifadə edirlər. Sərnişinlərin sayı davamlı olaraq artır", - deyə Fikrət Bağca bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net