Çingiz Abdullayev futboldan və pivədən danışdı
Tarix: 2-04-2015, 10:52 |
Çap et
""Neftçi" klubunda vəzifə tutmaq təklifi mənə dörd ay əvvəl gəlmişdi. Mən də dərhal "hə" dedim"
Milli.Az xəbər verir ki, bunu Day.Az saytına müsahibəsində tanınmış yazıçı, "Neftçi" futbol klubunun müşahidə şurasının sədri Çingiz Abdullayev deyib.
"Dedilər ki, futbolda yeni istiqamətlər istəyirlər. Klubda əsaslı yenidənqurmalar edərək beynəlxalq arenaya çıxmaq, peşəkar futbol ortaya qoymaq istəyirlər. Yəni digər idmanlarda olduğu kimi uğurlarımızın olmağını istəyirlər", - o əlavə edib.
Özünün futbola yaxın adam olduğunu bildirən yazıçı deyib ki, 5 il ərzində Hüquq Fakültəsi futbol klubunun prezidenti olub.
"Düşünürəm ki, alman futbolunu Azərnbaycanda məndən yaxşı bilən yoxdur. Bunu hamı bilir, hətta dünən yoxladılar da.
Məktəb illərində biz uşaqlarla bölüşmüşdük. Kimsə Braziliya futbolunu araşdırır, misal üçün, mənimlə bir sinifdə oxuyan SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, kimisə İtaliya futbolunu öyrənirdi. Biri Argentina, Fransa, mən isə Almaniya futbolu ilə maraqlanırdım. Mən bu gün də Berti Foqts ilə 1974-cü ildə Çempionlar Kubokunu qazanan futbolçuların adlarını və soyadlarını söyləyə bilərəm", - o qeyd edib.
Jurnalistin "Klubun heyəti çox dəyişəcək?" sualına cavab olaraq Abdullayev bunları deyib:
"Ümid edirəm, elə edəcəyik ki, komanda futbol oynasın. Yoxsa meydana çıxıb oyundan sonrakı pivə haqqında düşünməsin".