Deputatın univermağı çökür
Tarix: 1-04-2015, 16:27 | Çap et
Deputatın univermağı çökür
Deputat Ərəstun Cavadovun biznesində durğunluq yaranıb. Onun sahibi olduğu Mərkəzi Univermaqda (MUM) işləri heç də qaydasında getmir. Çünki əsasən qiymətli daş-qaş alveri ilə məşğul olan satıcılar yer pulunu ödəyə bilmir. Bu səbəbdən icarədarlar aylıq kirayə haqqını gecikdirir və ya ümumiyyətlə verə bilmir.
Redaksiyaya daxil olan məlumata görə, böhranlı vəziyyət Ə.Cavadovun gəlirlərini kəskin şəkildə azaldıb. Bu da deputatı ciddi şəkildə narahat edib. O, yer pulunu da artıra bilmir. Narazılıqdan ehtiyat edən Cavadov bahalaşma kimi həssas məsələyə toxunmaq istəmir. Çıxılmaz vəziyyətdə qalan deputat univermağa nəzarəti itirə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net