Türkiyə Hava Yollarının Milan-İstanbul reysi ilə uçan Airbus A320 sərnişin təyyarəsi Atatürk Hava limanında təcili iniş edib.
Axar.az xəbər verir ki, limana enən təyyarənin sərnişinləri təcili təxliyə olunublar.
Təyyarənin qanadı məcburi eniş zamanı yerə dəyib. Hadisə yerinə hava limanının yanğınsöndürmə briqadaları gəlib. Aeroportda bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Qəzaya səbəb isə təyyarənin mühərrikində baş verən yanğın olub.