Yevlaxda polis zabitinin 19 yaşlı qızı özünü güllələdi
Tarix: 25-04-2015, 14:45 | Çap et
Yevlaxda polis zabitinin 19 yaşlı qızı özünü güllələdi
Yevlaxda polis kapitanının qızı özünü güllələyib.

Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün baş verib. Rayon sakini, 19 yaşlı Nuray Əzimova odlu silahla özünü vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

N.Əzimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, N.Əzimova Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Kərim Əzimovun qızıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net