Ermənilərdən Sərkisyana çağırış: “Bizi xilas edin”
Tarix: 25-04-2015, 14:43 |
Çap et
Suriyada yaşayan ermənilər Ermənistan rəhbərliyinə müraciət edərək, təxliyə olunmaq istədiklərini bildiriblər.
Axar.az xəbər verir ki, buna səbəb isə Hələbin qərbindəki ermənilər və xristianların sıx yaşadığı Süleymaniyyə bölgəsinin müxalif qüvvələr tərəfindən mütəmadi şəkildə bombalanması olub.
Hranuş Arakelyan adlı erməni qadın Sərkisyan hökumətindən təxliyə edilmələrini və Ermənistana qaytarılmalarını istəyib. O, Hələbdə bombardman olduğunu, hər kəsin sığınacaqlarda gizləndiyini bildirib.
Erməni rəsmiləri isə fərdi istəklərin yetərli olmadığını, Suriyadakı erməni camaatından çağırış gəlmədiyi təqdirdə onları kütləvi şəkildə təxliyə etməyəcəklərini açıqlayıblar.