“Ollanda qarşı etirazımız rəsmi şəkildə bildiriləcək” - Zahid ORUC
Tarix: 25-04-2015, 13:03 | Çap et
“Ollanda qarşı etirazımız rəsmi şəkildə bildiriləcək” - Zahid ORUC
“Aşkar şəkildə göründü ki, Fransa və Rusiyanın regional prosesdə bundan sonrakı dövr üçün xüsusi planları var”.

Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib. O bildirib ki, son bir ildə Rusiyanın Qərblə yaşadığı proseslər fonunda hər iki ölkə xeyli balanslı siyasət yürütdükləri halda Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almayıblar:

“Onlar bu maraqları Ermənistana qurban verməklə istənilən halda qazanmadılar. Fransua Ollandın Bakıya səfər etməsi zənn edirəm ki, özlərini məlum təpkidən qorumaq üçündür. O, bu məsələni 25 apreldə Türkiyəyə səfər etməklə konpensasiya edə bilərdi. Çünki bu bölgənin əsas siyasətində dominant rol oynayan ölkə məhz Türkiyədir. Amma Azərbaycana gəlməklə Qarabağ problemində legitim rol oynamaq istədiklərini sübut etməyə çalışırlar. Halbuki bizim üçün onların 24 apreldə anım mərasimində iştirak etməsi, sadəcə, bir həmrəylik göstərmək deyil, Ermənistanın gələcək planlarına dəstək verməyə bərabər kimidir. Çünki ermənilər gizlətmirlər ki, onların keçirdikləri tədbirlər statistik hadisə deyil. Belə olan təqdirdə ermənilərlə eyni mərasimdə iştirak edən dövlət rəhbərləri buna aydınlıq gətirməli idilər. Onlar açıqlamalı idilər ki, bu sadəcə bir tədbirə qatılmaqdır, yoxsa Ermənistanı müdafiə etmək”.

Millət vəkili bildirib ki, Fransua Ollandın Bakıya gəlişi iki dövlət arasında razılaşdırılıb:

“Bizim buna yuxarıda qeyd etdiyimiz məsələlər üzrə etirazımız var. Əminəm ki, Fransa və Rusiya əleyhinə olan mövqelər müəyyən mənada güclənəcək. Xüsusilə də Rusiya dövlət başçısının bu addımı Azərbaycan və Türkiyədə gözlənilmirdi. Düşünülürdü ki, Putin elə bir addım atacaq ki, bu regional prosesləri zədələməsin. Əminəm ki, cəmiyyətimizdə olan narahatlıqlar cənab prezidentin Fransua Ollandla görüşündə də onun qarşısına qoyulacaq. Ölkə rəhbərimiz hər zaman belə məsələlərdə çox sərt və güzəştsizdir. Əminəm ki, Fransa prezidentinin dünənki açıqlamalarının sadəcə Türkiyənin deyil, həm də Azərbaycanın maraqlarını zədələdiyi haqqında ona irad bildiriləcək”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net