“Azeri vatandaş türk bayrağını tek başına korudu”- Türkiyə mediası
Tarix: 25-04-2015, 12:45 | Çap et
“Azeri vatandaş türk bayrağını tek başına korudu”- Türkiyə mediası
Amerikada avtomobilinə asdığı türk bayrağına hücum edən ermənilərlə mübahisə edən azərbaycanlı polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda ermənilərin “qondarma soyqırım”ının il dönümünə görə türk səfirliyi qarşısında türklər və ermənilər aksiya keçirib.

Ermənilər iki dəfə türk bayrağını ayaq altına almaq istəyiblər. Bunu görən türk vətəndaşlarının ermənilərə reaksiya göstərməsi mübahisəyə səbəb olub.

Digər tərəfdən Erməni qrupun qarşısından avtomobilindən asdığı türk bayrağıyla keçən bir Azərbaycan vətəndaşını ermənilər saxlayaraq müdaxilə edib. Avtomobilin içindəki bayrağı alan erməni qrupa oradakı türklər də müdaxilə edib. Avtomobildən enərək ermənilərə cavab vermək istəyən azərbaycanlı yaranan mübahisəyə görə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Türkiyə mediası hadisəni “Azeri Vatandaş, Türk Bayrağını Tek Başına Korudu” başlıqlı xəbərlərlə yayımlayıb.






Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net