“Comedy Club” “erməni genosidi”ndən sonra Ağalarovların zalında çıxış edəcək
Tarix: 24-04-2015, 18:18 | Çap et
“Comedy Club” “erməni genosidi”ndən sonra Ağalarovların zalında çıxış edəcək
Aprelin 25-də “Crocus City Hall”ın səhnəsində “Comedy Club: biz şəhərdəyik!” adlı yeni yumoristik şounun premyerası olacaq.

Virtualaz.org saytı “Crocus City Hall”ın rəsmi saytına istinadən xəbər verir ki, şounun əsas iştirakçıları bu dəfə Qarik Xarlamov, Timur Batrutdinov və Demis Karibidis olacaqlar. Onlar “Comedy Club”ın bütün tarixi ərzində ən yaxşı nömrələrini təqdim edəcəklər.

Yada salaq ki, “Comedy Club”ın yaradıcılarından biri olan Qarik Martirosyan bu günlərdə bəyanat verərək “Comedy Club”ın bütün heyətinin İrəvana gedəcəyini və uydurma “erməni soyqırımı” qurbanlarının xatirəsini anacağını bildirmişdi. Q.Martirosyan onu da bildirmişdi ki, şounun aprelin 24-də TNT telekanalında göstərilməsi planlaşdırılan nümayişi təxirə salınıb. Bu verilişin əvəzində “erməni genosidi” haqda sənədli film göstəriləcək.

Beləliklə, “Comedy Club” İrəvandan qayıdandan dərhal sonra “Crocus City Hall”ın səhnəsində çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın “Comedy Club” qrupu 11 il əvvəl “Yeni ermənilər” Şən və Hazırcavablar Klubu tərəfindən yaradılıb. Teleşou qrupunun ilk üzvləri Qarik Martirosyan, Artak Qasparyan və digərləri olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net