“Ali və Nino”nun çəkilişi davam edir - Rəsmi münasibət
Tarix: 24-04-2015, 18:00 | Çap et
“Ali və Nino”nun çəkilişi davam edir - Rəsmi münasibət
“Ali və Nino” filminin çəkiliş heyəti filmin maddi problemlər üzündən dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lent.az-məlumatına görə, bu barədə qafqazinfo-ya çəkiliş heyətindən məlumat veriblər. Məlumata görə, hazırda filmin çəkilişləri Türkiyə ərazisində davam edir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda –Qobustan, Bibiheybət, İçərişəhərdə həyata keçirilib.

Çəkilişlər həmçinin Azərbaycanın bölgələrində - Xınalıqda və Gədəbəydə aparılıb. Hazırda Azərbaycan çəkilişləri yekunlaşan film Türkiyədə davam etdirilir. Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam edəcək.

Çəkiliş heyəti filmin maddi problemlər səbəbindən dayandırılması ilə bağlı yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə mətbuatı filmin sponsorlarının geri çəkilməsi və bu səbəbdən çəkilişlərin yarımçıq qalması ilə bağlı xəbər yaymışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net