Yəhudi deputat: “Bu bir erməni oyunudur”
Tarix: 24-04-2015, 17:41 | Çap et
Yəhudi deputat: “Bu bir erməni oyunudur”
Yəhudi əsilli deputat qondarma erməni soyqırımından danışıb.

Axar.az xəbər verir ki, Yevda Abramov bunu nə məhkəmə, nə də siyasi yolla həll etməyin mümkün olduğunu vurğulayıb.

Deputat sia.az-a bildirib ki, o iddia edilən qırğından 100 il keçib və şahidi yoxdur, Xocalı soyqırımının isə şahidləri milyonlarladır:

“Birinci Dünya müharibəsində ermənilərin tutduğu mövqe hər iki tərəfə məlumdur. Türkiyə ərazisində baş verən hadisələr qətliam sayıla bilməz. Bu, Türkiyənin o dövrdə özünü müdafiə qabiliyyətini artırmaq üçün həyata keçirdiyi siyasətin yekunudur. Bu hadisələr barədə sənədlər İngiltərə, ABŞ və Türkiyə arxivlərində var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, ölkəsinin arxivləri tarixçilərin üzünə açıqdır”.

Y.Abramov vurğulayıb ki, “erməni holokostu”nun olmasını qəbul etmir:
“Bu bir uydurmadır. Bu erməni millətçilərinin İkinci Dünya müharibəsində yəhudilərin Holokostunun imicini aşağı səviyyəyə endirmək üçün qurduqları bir oyundur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net