“Rus rublunun qiyməti yenidən enəcək” – AÇIQLAMA
Tarix: 24-04-2015, 16:07 | Çap et
“Rus rublunun qiyməti yenidən enəcək” – AÇIQLAMA
“Rus rublunun qiymətinin artması və əvvəlki həddə qayıtması müvəqqəti haldır. Rusiya hökuməti devalyasiyanın qarşısını uzun müddət ala bilməyəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.

Onun sözlərinə görə, nə zamana qədər ki, Qərb Rusiyaya qarşı sanksiyaları geri çəkməyəcək, o zamana qədər də Rusiya iqtisadi böhrandan qurtula bilməyəcək:

“Rus rublunun minimal həddə qədər enməsi, artıq bu ölkə üçün iqtisadi fəlakət demək idi. Miqrantlar kütləvi şəkildə bu ölkəni tərk edirdi, büdcədən maliyyələşən təşkilatlarda çalışanlar aylardır əmək haqqı ala bilmirdi, sahibkarlar zərərlə işləyirdi. Heç şübhəsiz baş verənlər Rusiya iqtisadiyyatı fəlakət demək idi. Proseslər bu şəkildə davam etsəydi, Kreml silaha əl ata bilərdi. Bunun baş verməməsi üçün Qərb iqtisadi təzyiqləri müəyyən qədər azaltdı. Çünki Rusiyanın silaha əl atması Qərbin özü üçün də acı nəticələrə gətirib çıxara bilərdi. Hesab edirəm ki, rus rublunun qiyməti yenidən enəcək və rəsmi Moskva siyasi islahatlara getmədən bunun qarşısını ala bilməyəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net