Hindistanda bu günə qədər xarici aləmlə heç bir bağlantısı olmayan qəbilə tapılıb. Hindistanın Şimal Sentinel adasında yaşayan qəbilə, adaya daxil olmaq istəyənləri öldürür. Sonra isə həmin şəxsləri yeyirlər. Hindistan hökuməti bu səbəbdən adaya göndərilən nümayəndələrinə oraya getməyi qadağan edib.
Analitik.az xəbər verir ki, texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, hələ də müasir dünya ilə təmas etməyən 100-ə yaxın qəbilə var. Şimal Sentinel adasında yerləşən qəbilə üzvlərinin 60 min illik tarixi olduğu açıqlanıb. Afrikadan köç etdikləri düşünülən bu qəbilənin görüntülərini yalnız Amerikanın Kosmos və Aviasiya İdarəsi (NASA) ələ keçirib. İndiyədək Hindistan hökuməti hər nə qədər qəbilə üzvləri ilə ünsiyyətə girməyə çalışsa da, bu, uğurlu olmayıb. Hökumətin göndərdiyi vertolyotlar belə odlu oxların təcavüzünə məruz qalıb. Hətta 2006-cı ildə adanın sahilinə çox yaxınlaşan iki balıqçı da öldürülərək, qəbilə tərəfindən yeyilib. Buna görə də adaya gediş artıq rəsmi şəkildə qadağan edilib.