Deputatlığa iddialılar bəlli olur
Tarix: 24-04-2015, 15:34 | Çap et
Deputatlığa iddialılar bəlli olur
Müsavat Partiyasında parlament seçkiləri ilə bağlı qızğın iş gedir. Hafta.az bir neçə siyasi partiyalar arasında sorğu keçirdikdən sonra müəyyənləşdirib ki, müxalifət partiyaları arasında seçki ilə bağlı ən çox fəaliyyət məhz bu siyasi quruma aiddir.

Parlament seçkilərində məclis üzvü, partiyanın başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də namizəd olmaq niyyətindədir. O, konkret dairəsini müəyyənləşdirməsə də, artıq bu istiqamətdə fəaliyyətə başlayıb.

Növbəti iddialı şəxs isə Müsavat Partiyasının Divan üzvü, sabiq millət vəkili İkram İsrafildir. O bildirib ki, Müsavat Partiyası parlament seçkilərinə hazırlığın, namizədlərin müəyyənləşməsi mərhələsini demək olar ki, 60% dairələr üzrə çatdırıb. Qalan 40% dairələr üzrə də proses davam edir.

İ.İsrafil hələlik hansı dairədən namizədliyini irəli sürəcəyi barədə qəti qərara verməyib. O, bu dəfə doğulduğu Şəkiyə də üz tuta bilər. Qeyd edək ki, ötən seçkilərdə Sumqayıt şəhərindən seçilmişdi.

Müsavat Partiyasının başqanı Arif Hacılı da Hafta.az-a açıqlamasında qeyd edib ki, hazırda partiyada parlament seçkilərinə ciddi hazırlıq prosesi gedir. Bu işdə rayon təşkilatları da aktivlik göstərirlər.
Partiya başqanının deputatlığa namizəd olub-olmayacağı isə hələ bəlli deyil. Çünki o, bu barədə hələlik yekun qərar verməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net