Rusiyada itkin düşmüş azərbaycanlı iş adamının meyiti tapılıb
Tarix: 24-04-2015, 13:18 | Çap et
Rusiyada itkin düşmüş azərbaycanlı iş adamının meyiti tapılıb
Rusiyada azərbaycanlı iş adamı Barat Əkbərovun meyiti tapılıb.

APA-nın “K-İnform”a istinadən verdiyi məlumata görə, bu ilin yanvarın 16-da itkin düşmüş B. Əkbərovun axtarışı yekunlaşıb.

İşim şəhəri yaxınlığında tapılan meyiti B. Əkbərovun qohumları tanıyıblar.

Hazırda ekspertlər B. Əkbərovun ölümünün səbəblərini müəyyənləşdirməyə çalışırlar. Əgər biznesmen qətlə yetirildiyi məlum olsa, Surqut prokurorluğunun müstəntiqləri cinayət işini İşimdəki həmkarlarına təhvil verəcəklər.

Xatırladaq ki, B. Əkbərovun oğlu yanvarın 17-də Surqut polisinə müraciət edib. O bildirib ki, atası yanvarın 16-da saat 22.00 radələrində qohumlarına zəng edib və öz avtomobili ilə evə qayıtdığını deyib. Bundan sonra B. Əkbərov heç kimlə əlaqə saxlamayıb. Yoxa çıxmış şəxsin “Toyota Land Cruiser 200” markalı avtomobili yaşadığı evin yaxınlığında tapılıb. Bir neçə nəfər ona hücum edərək naməlum istiqamətdə aparıblar. Hadisə yerində B. Əkbərovun üzərində qan izləri olan papağı tapılıb.

B. Əkbərov ət məhsullarının satışı ilə məşğul olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net