Azərbaycana görə 27 ildir bağlı qalan sərhəd - FOTOLAR
Tarix: 23-04-2015, 16:23 |
Çap et
Türkiyə ilə Ermənistan arasındakı iki sərhəd keçid məntəqəsindən biri olan “Əlican” Sərhəd Məntəqəsi artıq 27 ildir ki, istifadə edilmir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osmanlı dövlətinin son illərində hərbi məqsədlə inşa edilən və 1890-cı ildə tamamlanan körpü Iğdırın Qaraqoyunlu kəndi ilə Ermənistanın Marqara qəsəbəbi arasında yerləşir.
İnşa olunduğu dövrdən etibarən, körpü istifadə edilməyib. Buna səbəb isə Ermənistanın SSRİ-nin tərkibində olması olub və Ermənistan ilə Türkiyə arasındakı əlaqələr normallaşmayıb. Körpü Birinci Dünya Müharibəsi illərində böyük ziyan görmüşdü və müharibədən sonra 1946-cı ildən bərpa edilsə də, ancaq hərbi məqsədlə istifadə edilib.
1988-ci ildə Ermənistanın Spitak rayonunda zəlzələ oldu və Türkiyənin Nazirlər Kabinetinin qərarı ilə körpü açıldı, ancaq körpüdən yardım etmək üçün istifadə edildi.
Bundan sonra sərhədin xalqa açılması gözlənilsə də, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin başlanılması ilə 1993-cü ildə körpü tamamilə bağlanıldı.
Hazırda hər iki tərəfdə əsgərlər növbə çəkirlər. Əsgərlər sərhəddə 24 saat növbə tuturlar.
Körpünün Ermənistan tərəfində isə Gömrükə məxsus bina artıq çürüyüb, yenisi tikilməyə başlanılsa da, bu bina da yarımçıq qalıb.
Sərhəddən fotoları təqdim edirik: