Düşmən əl-ayağa düşdü - Ölən erməni əsgərləri gizlədirlər
Tarix: 23-04-2015, 15:38 | Çap et
Düşmən əl-ayağa düşdü - Ölən erməni əsgərləri gizlədirlər
Erməni əsgər valideyinlərinə “övladlarınızı rejimin əlindən alın!” çağırışı edilib.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən musavat.com-a daxil olan məlumata əsasən, son günlər cəbhədə artan intensivlik və ölən erməni hərbi qulluqçuları ictimaiyyətdən gizlədilir.

Erməni kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, yerli sakinlər bildirirlər ki, dövlət rəsmiləri ölən əsgərlərin gətirildiyi evlərə gələrək, ölənin qohumlarını, yaxınlarını, kənd sakinlərini sakitləşdirməyə çalışırlar.

Qondarma soyqırım ərəfəsində sabitliyi saxlamaq, dəvət olunan qonaqlarda mənfi ab-hava yaratmamaq məqsədi ilə ölkə rəhbərliyinin canfəşanlığı ilə bağlı sosial şəbəkələrdə yazılar yayıldıqdan sonra orduda xidmət edən hərbi qulluqçular, xüsusən də əsgər analarının təşkilatı olan “Əsgər anaları” ictimai birliyi etiraz aksiyasına çağırıb. Hökumət binası qarşısına toplaşan əsgər valideynləri Qarabağda xidmət keçən övladlarını Ermənistana geri çağırmağı tələb ediblər.

24 aprel qondarma soyqırım ərəfəsində Azərbaycanın hücum edəcəyi ilə bağlı xəbərlərdən təşvişə düşən valideynlər, övladlarını geri çağırmasalar, 24 aprel tarixində övladlarını qorumaq üçün Qarabağa yollanacaqlarını bildiriblər.

“Öləcəyiksə, bir yerdə ölək” deyən analar Qarabağda xidmət keçən əsgərlərin analarını birləşməyə və Qarabağa gedərək, övladlarını cinayətkar rejimin əlindən almağa çağırıblar. Onlar Sarkisyan rejimini bu günkü erməni gəncliyini təhlükəyə ataraq, 100 il əvvəl olduğu ehtimal olunan hansısa keşmişin qalıqlarında eşələnməkdə günahlandırır, bu gün günahsiz olan övladlarının həyatına təminat istəyirlər.

Yayılan xəbərlərə görə, cəbhədə son günlər artan itkilərdən narahat olan hökumət diqqətini tam olaraq, ölkədəki sabitliyi saxlamağa, tədbiri insidentsiz yola vermək üçün bütün imkanlarından istifadə etməyə çalışır.

Dəvət olunan qonaqların Ermənistana səfəri ərəfəsində əsgər valideynlərinin Qarabağa, övladlarının yanına səfər etmək çağırışları hökuməti ciddi narahat edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net