“Azərbaycan nefti Ermənistandan keçəcəkdi...” – Türk nazir
Tarix: 23-04-2015, 15:18 | Çap et
“Azərbaycan nefti Ermənistandan keçəcəkdi...” – Türk nazir
Sabah Türkiyədə 1915-ci ildə həyatını itirən ermənilər üçün anım mərasimi keçiriləcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə ilk dəfə keçiriləcək mərasimdə ölkənin Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri Volkan Bozkır iştirak edəcək.

Bursada “erməni soyqırımı” ilə bağlı jurnalistlərin suallarını cavablandıran V.Bozkır qeyd edib ki, ölkələr “Soyqırım” qərarı alanda, bunun nəticəsini də düşünməlidir: “Biz Türkiyə olaraq, 24 aprelə qədər gözləyəcəyik ki, hər kəs ətəyindəki daşı töksün. 24 apreldən sonra bütün bunları dəyərləndirəcəyik. Con Kennedinin (red: ABŞ-ın 35-ci prezidenti) gözəl bir söz var: düşmənlərinizi əfv edin, amma adlarını heç vaxt unutmayın”.

“Türkiyənin Ermənistanla münasibətləri bərpa etməsi üçün 2015-ci ildə addım atması planlaşdırılırdımı?” sualına isə nazir belə cavab verib:

“Əgər addım atmaq Türkiyənin qondarma “soyqırımı” qəbul etməsidirsə, Türkiyə bunu heç vaxt etməyəcək. Bunun da ən böyük ziyanı Ermənistana dəyir. Əgər Ermənistan öz diasporalarına inanmasaydı, bəlkə də bu gün Azərbaycandan gələn neft və qaz boru xətti Ermənistan keçəcəkdi”,-deyə Volkan Bozkır əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net