10 milyonluq diasporanın “A sinfi” - Məşhur ermənilər
Tarix: 23-04-2015, 12:08 | Çap et
10 milyonluq diasporanın “A sinfi” - Məşhur ermənilər
“Guardian” qəzeti dünyanın 10 ən məşhur ermənisinin siyahısını dərc edib. “Qafqazinfo” xəbər verir ki, nəşrin yazdığına görə, 1915-ci il hadisələrindən sonra qaçaraq dünyanın müxtəlif coğrafiyalarına səpələnən erməni diasporası üzvlərinin sayı 10 milyona yaxındır ki, bu rəqəm də Ermənistan əhalisinin sayından 3 dəfə çoxdur.


Qəzetin “A sinif” olaraq sıraladığı məşhurların ABŞ, İngiltərə, Avstraliya, Livanda yaşadığı və idmandan siyasətə qədər uğur əldə etdikləri vurğulanır:

1.Amerikalı müğənni Şer (68 yaş). Əsl adı Cherilyn Sarkisyan olan müğənni erməni kimliyinə çox bağlı olmadığını bildirsə də, ötən həftə tvitterində Türkiyədə baş verən olayların “soyqırım” olaraq tanınmasını istəyib.

2. Amerikalı televiziya ulduzu Kim Kardaşyan (34). Ötən həftə ilk dəfə olaraq repçi həyat yoldaşı və bacısı ilə birgə Ermənistana səfər etdi, baş nazir və digər rəsmi şəxslərlə görüşdü. Kardaşyanın kökləri isə Türkiyə, Qars və Ərzuruma qədər uzanır.

3.Amerikalı, hazırda təqaüdə çıxmış tennisçi Andre Agassi (44). Atası İranda doğulan erməni olan idmançının ailəsi əvvəlcə Agasyan soyadı daşıyıb. Lakin sonradan soyadı problem yaratmasın deyə onu dəyişirlər.

4. Fransalı müğənni Charles Aznavour (90): Fransanın Frank Sinatrası olaraq tanınan müğənninin anası Knar Bağdasaryan 1915 il hadisələrindən sonra sağ qalan ermənilərdən olduğu göstərilir.

5. Rusiya xarici işlər naziri Sergey Lavrov (65): 2004-cü ildən bəri bu postu tutan Lavrov Moskvada erməni ata və rus ananın uşağı olaraq dünyaya gəlib. Çıxışlarından birində “damarlarımda erməni qanı var” ifadəsini işlədib.

6. Kirk Kerkorian (97): Dünyanın erməni əsilli məşhur iş adamlarındandır. ABŞ-ın Kaliforniya ştatında yaşayan Kerkorian 4 milyard dollarlıq dəyəri olan şirkətin sahibidir.

7. Fransalı, Formula 1 yarışının qalibi Alain Prost (60): Dörd dəfə Formula 1 çempionu olan Prostun ana nənəsi və babası ermənidir.

8. Livanda doğulan Amerikalı Serj Tankian: Metal qrupu olan “System of a Down”un üzvlərindən olan müğənninin ana babası ermənidir. 1915-ci il hadisələrinin soyqırım olaraq tanınması üçün fəal təbliğat aparanlardandır.

9. İngiltərəli aktyor Andy Serkis (50): “Üzüklərin əfəndisi” filmində “Gollum” obrazını canlandıran Serkisin anası ingilis, atası erməni. Soyadı Sarkisyan olsa da, sonradan dəyişərək Sarkis edib.

10. İngiltərəli antika eksperti David Dickinson (73): Əsl anası ermənidir, lakin ingilis Jim ve Joyce Dickinson cütlüyü tərəfindən övladlığa götürülüb. Bir sıra sevilən proqramın aparıcı olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net