Ombudsman: “Azərbaycan əsgərlərinin döyüş ruhu yüksəkdir”
Tarix: 23-04-2015, 11:57 | Çap et
Ombudsman: “Azərbaycan əsgərlərinin döyüş ruhu yüksəkdir”
“Bu gün Azərbaycan əsgəri öz xalqının arxasında dayanmış bir qaladır”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib.

Ombudsman Azərbaycanın ordu quruculuğunda sahəsində uğurlar qazandığını bildirib: “Bu gün ordumuz inkişaf edir. 1991-92-ci illərdəki ordu ilə indiki ordunu müqayisə edin. Fərq ortadadır. Mən tez-tez hərbi hissələrdə oluram, əsgərlərlə söhbət edirəm. Onların döyüş ruhu çox yüksəkdir. Azərbaycan tolerant ölkədir və bu gün ordu sıralarında başqa xalqların da nümayəndələri xidmət keçir.

Bütün bu uğurlar prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Biz müharibədə qələbə qazanacağıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net