Azərbaycanda aşıq toyda döyüldü (VİDEO)
Tarix: 23-04-2015, 11:40 | Çap et
Azərbaycanda aşıq toyda döyüldü (VİDEO)
Azərbaycanda aşıq toyda döyülüb. ANS PRESS-in məlumatına görə, bu iddianı Bu gün ANS-də yayımlanan “Adam içində” verilişinin qonağı olan aşıq irəli sürüb. O, Azərbaycanda fəaliyyət göstərən şadlıq saraylarından birində döyüldüyünü deyir.

Aşığın sözlərinə görə, hadisə şadlıq sarayının həyətində baş verib: “Belə ki, toy zamanı məclisdə iştirak edən bir nəfər mənə yaxınlaşaraq Röyanın mahnısını sifariş etdi. Mahnını ifa etməyəcəyimi onun diqqətinə çatdırdım. Bundan sonra bir qrup şəxs məni şadlıq sarayının həyətinə dəvət edərək güc tətbiq etdilər. Bu yetərli olmamış kimi sazımı da sındırdılar. Bununla yanaşı mənə vəd olunan 300 manat qonorarı da vermədilər”.

7-8 ildir ki, bu sənətlə məşğul olduğunun deyən aşıq 5 ildir ki, el şənliklərində çıxış etdiyini bildirib. Döyüldüyü toy isə onun tanışı Fərahim adlı şəxs tərəfində danışılıb.

Studiya dəvət olunan Fəraim aşığın dediklərini təsdiqləyib. Fəraim ANS-in birbaşa efirində söz verib ki, baş verən anlaşılmazlıq tezliklə müsbət bir şəkildə həll olunacaq.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net