Ziya Məmmədov `Bakı-2015`ə necə hazırlaşır?
Tarix: 23-04-2015, 11:37 | Çap et
Ziya Məmmədov `Bakı-2015`ə necə hazırlaşır?
“Avtobuslarda kart sisteminə keçid prossesi ləngiyir”.

Bunu AzVision.az- açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda kart sisteminə keçidlə bağlı təkmilləşdirmə işləri aparılır: “Prosesdə yeniliklər tətbiq olunur. Amma kart sisteminə keçid prosesi bizim əvvəl açıqladığımız vaxtda baş tutmadı. Bir az ləngimə baş verdi. Ola bilsin ki, avtobuslarda kart sisteminə keçid prossesi Avropa Oyunlarından sonra baş tutsun. Dəqiq vaxtı deyə bilmərik. Digər ictimai nəqliyyat vasitələrində də həmin kartdan istifadə olunması ilə bağlı müəyyən işlər görülür. Yaxın günlərdə bununla bağlı açıqlama veriləcək”.

N.Həsənov Avropa Oyunlarına hazırlıq məqsədi ilə Nəqliyyat Nazirliyi tərəfindən görülən işlərdən söz açaraq bildirib ki, bu məqsədlə ölkəmizə yeni avtobuslar gətirilir:

“Olimpiya Oyunları öncəsi ölkəmizə yeni avtobusların gətirilməsi prossesi davam edir. Bu proses mütəmadi olaraq həyata keçirilir. Təkcə bu il ərzində ölkəmizə 500-dən çox avtobus gətirilib. Hazırda həmin avtobuslarda Avropa Oyunlarına hazırlıq məqsədi ilə müəyyən prosedurlar həyata keçirlir. Həmin avtobuslar oyunlara tam hazır vəziyyətə gətirilir”.

Nəqliyyat Nazirliyinin rəsmisi həmçinin ictimai nəqliyyat sahəsində də görülən işlərdən danışıb:

“Nəqliyyat Nazirliyi oyunlara ciddi hazırlaşır. Oyunlar vaxtı ictimai nəqliyyat 20 saatlıq iş rejimində çalışacaq. Eyni zamanda metrostansiyalarının önündə ekspress avtobuslar dayanacaq. Həmçinin ictimai nəqliyyatın iş rejiminin müəyyənləşdirilməsi istiqamətində də müəyyən tədbirlər görülür. Oyunlara az vaxt qalmış biz bağlanacaq yolların adını da açıqlayacayıq. Həmçinin altenativ yollar barəsində də məlumat veriləcək. Hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır”.

Sonda isə N. Həsənov qeyd edib ki, ictimai nəqliyyatda qiymət artımı gözlənimir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net