Nemtsovun müttəfiqləri ABŞ-dan sanksiyalar istəyir
Tarix: 23-04-2015, 11:03 |
Çap et
Kremlin qətlə yetirilmiş tənqidçisi Boris Nemtsov-un müttəfiqləri Birləşmiş Ştatlardan xahiş edir ki, qarayaxma kampaniyası aparan Rusiya televiziya “təbliğatçıları”na sanksiya tətbiq olunsun.
Vladimir Kara-Murza AzadlıqRadiosuna deyib ki, Mikhail Kasyanov-la birlikdə aprelin 23-də ABŞ Konqresinin üzvləri ilə görüşəcək, səkkiz televiziya əməkdaşının Magnitsky Aktı çərçivəsində qara siyahıya salınmasını istəyəcək.
Siyahıya aparıcı Dmitry Kiselyov, eyni zamanda deputat və aparıcı Aleksei Pushkov daxildir. Pushkov-a Vaşinqton artıq sanksiya tətbiq edib.
Vaxtilə baş nazir olmuş Kasyanov indi Kremlin açıq tənqidçisidir, Nemtsov-la birlikdə RPR-Parnas müxalifət partiyasını təsis edib.