`Özləri çalıb-oynayacaq` - Ərdoğandan Sarkisyana
Tarix: 22-04-2015, 17:21 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iraqlı həmkarı Fuad Musamla birgə keçirdiyi mətbuat konfransında Ermənistanda aprelin 24-ü təşkil olunacaq qondarma soyqırım haqqında danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident çıxışında Dağlıq Qarabağ probleminə də toxunub:
“ Beynəlxalq qurumlar Azərbaycanın leyhinə qərar versə də Azərbaycan-Ermənistan arasındakı problem hələ də həllini tapmayıb.
Aprelin 24-də isə “soyqırım” üçün Ermənistanda toplanıb özləri çalıb, özləri oynayacaqlar və Türkiyəni təhqir edəcəklər. Biz isə Çanaqqalada olacağıq və Ermənistan gündəmimizdə deyil. Biz sabah istanbulda dünyada sülhün bərqərar olunmasını müzakirə edəcəyik. Onlardan fərqimiz də elə budur”.
Ərdoğan ABŞ prezidenti Barak Obamanın soyqırım ifadəsini səsləndirməyəcəyi barədəc qərarını da şərh edib. O bildirib ki, onsuz da bunu Obamadan gözləmirdi:
“Obamanın dilindən elə bir söz eşitmək istəmərəm. Heç bunu gözləmirəm də. Türkiyənin Amerika üçün yerinin necə olduğu bəllidir və bu hadisələr münasibəti də hamıya məlumdur. Obamanın 6 illik prezidentlik müddəti ərzində keçirdiyimiz görüşlərdə bu işin tarixçilərin öhdəsinə buraxılmasını məsıləhət gördük. Ermənistana, Türkiyədə yaşayan ermənilərə aiddiyyatı olmayanların bu məsələni parlamentlərində müzkairə etməsini qınamışıq. Avropa Birliyi deyir ki, arxivlər açılsın. Mən 12 ildir deyirəm ki, biz hər an arxivi açmağa hazırıq. Bununla bağlı heç bir narahatlıığımız yoxdur”.