Lenin “baba”nın utanc gətirən əməlləri
Tarix: 22-04-2015, 16:26 |
Çap et
Onun böyük şəxsiyyət olması danılmaz faktdır. Təbii ki, dünyanın siyasi mənzərəsinə yenilik gətirmək, ilk kommunist dövləti yaratmaq Vladimir İliç Leninin dahiliyinin nəticəsi olub.
Aprelin 22-si Vladimir İliç Leninin ad günüdür. Modern.az saytı bu yazıda Leninlə bağlı çoxlarının bilmədiyi məsələlərdən bəhs edəcək.
Uzun illər Vladimir İliçi bizlərə ideal rəhbər kimi təqdim ediblər. Daha doğrusu Lenin sovetlər dönəmində yaşayan insanların yaddaşında çiyinlərində şalban daşıyan, Azərbaycandan göndərilən alma sovqatını kimsəsiz uşaqlarla bölüşən, fəhlələrin və kəndlilərin təəssübünü çəkən bir rəhbər kimi qalıb. Oktyabryat, pioner, komsomol sıralarına keçəndə milyonlarla insan Lenin ideyalarına öz sevgisini, sədaqətini nümayiş etdirib. Bəzi insanlar sovet ideologiyasının təsiri və təzyiqi altında “Leninçi” adını daşısalar da, böyük əksəriyyətin dahi rəhbərə sevgisi tam səmimi olub. Ancaq zaman keçdikcə, arxivlər açıldıqca Lenin “baba”nın da görünməyən, bilinməyən üzləri açılıb.
Sən demə, böyük şəxsiyyətlərin də utanc gətirən əməlləri olurmuş. Sən demə, Vladimir İliçin seksual orentasiyasında əməlli-başlı dəyişikliklər varmış.
Tarixçi alim Sokolovun arxiv araşdırmalarına nəzər yetirəndə Leninin homoseksual olmasına qətiyyən şübhə yeri qalmır. Tarixçinin qənaətinə görə, Vladimir İliç öz yatağını əsasən məşhur inqilabçılar Zinovyev və Trotski ilə bölüşüb.
Siyasi büronun üzvü, Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Zinovyevin arxivindən tapılan məktublar Leninlə bağlı bir çox mətləblərə aydınlıq gətirib. 1917-ci il iyul ayının 1-də Leninin Zinovyevə yazdığı məktubda bu sətirlər diqqəti cəlb edir:
“Qriqori! Vəziyyət elə gətirib ki, mən təcili Petroqradı tərk etməliyəm. Vacib işlərimə görə uzağa gedə bilmərəm. Yoldaşlar yaxınlıqda mənə bir yer təklif ediblər. Həmin yer tam təhlükəsizdir. Amma ora tək mənim üçün darıxdırıcı olacaq. Özü də belə bir vəziyyətimdə. Gəl mənimlə birlikdə gedək, hamının nəzərindən uzaqda möcüzəli günlər keçirək. Gələ bilsən təcili mənə zəng vur, mən göstəriş verim ki, iki nəfərlik yer düzəltsinlər.”
Zinovyev rəhbərin çağırışından imtina etməyib. Onlar Razlivdə öz “xoşbəxt” günlərini yaşayıblar.
Cütlüyə mane olan əsas şəxs Nadejda Krupuskaya olub. Zinovyevin Leninə məktublarının birində də bu öz əksini tapıb:
“Yadındadır biz Cenevədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerş olub).
Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib:
“İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burda mənim üçün çox çətindi. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşelin”.
Lenin-Zinovyev cütlüyünün arasında qısqanclıq da hökm sürüb, bəzən bu qısqanclığa görə umu-küsü də baş verib. Belə küsülülüklərin birində barışmaq üçün ilk addımı Lenin atıb və Zinovyevə nədənsə alman dilində məktub yazıb:
“Əziz Qerşel! Sən gərək məndən inciməyəsən. Mən hiss edirəm ki, Qafqaza gəlməyini qəsdən gecikdirirsən. Yəqin ki, məndən çox incimisən. Bilirəm bunlar nəyə görədir. O ki, qaldı Trotski ilə mənim yaxınlığıma bu, bir dəfə oldu və daha təkrar olmayacaq. Səni gözləyirəm, biz öz möcüzəli yuvamızda barışacağıq. Sənin Vovan”.
Zinovyev bu məktubla sakitləşməyib və Leninə ağır ittihamlarla cavab yazıb:
“İliç, mənim şübhələrim əsassız deyil. Hamı yaxşı görür ki, son vaxtlar sən onun ətrafında necə fırlanırsan. Mən səni yaxşı görürəm və səni kifayət qədər də yaxşı tanıyıram ki, sənin haqqında fikir söyləyim. Mən çox yaxşı bilirəm ki, böyük “aləti” olan kişiləri görəndə sənin gözlərin necə alışıb yanır. Sən özün həmişə deyirdin ki, balaca fiqurlu kişilərin böyük “aləti” olur. Mən kor deyiləm, hiss edirəm ki, onunla yaşadığın romana görə bizim sevgini unutmağa hazırsan”.
Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupuskaya təfsilatı ilə bilib. O, Cenevədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupuskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.
Tarixçi alim Sokolov öz tədqiqatlarından belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.
70-ci illərdə Moskvada doğulmuş, milliyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqqında kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual opientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu sayılan Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb. Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O erməni yazıçısını Lenin haqqında kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.
Vladimir İliç Leninin tez-tez təkrarladığı “İnsanlara nə aiddirsə o mənə yad deyil” ifadəsini o işlədərkən bəlkə də rəhbər öz əməllərinə haqq qazandırırmış və düşünürmüş ki, homoseksual olmağın heç bir qəbahəti yoxdur.
Bi da milyonlarla insanın “çalışırıq, vuruşuruq Lenin baba yolunda” dediyi “rəhbərin” utanc gətirən əməlləri.