Rusiyada “soyqırım yürüşü” ləğv edildi
Tarix: 22-04-2015, 15:39 |
Çap et
Azərbaycanlı sabiq futbolçu Emil Hüseynovun Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən öldürülməsindən sonra “qondarma soyqırım” ərəfəsində şəhər rəhbərliyi və Azərbaycan diplomatik nümayəndəliyi təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlər görür.
AzVision.az-ın ura.ru saytına istinadən xəbər verir ki, Yekaterinburqda Karla Libkneht 5 ünvanında yerləşən Azərbaycan konsulluğu öz ərazisində polis mühafizənin güclənməsini və binanın yaxınlığında yerləşən dayanacaqdakı avtomobillərin yığışdırılmasını tələb edib.
Bununla yanaşı şəhər rəhbərliyi daha əvvəl “erməni soyqırım”ı ilə bağlı dinc yürüşün keçirilməsinə verdiyi icazəni ləğv edib.
Qeyd edək ki, Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.
Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da 2011-ci ildə dağılmasından sonra E. Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib.