“Aşıq Rza” adı ilə qanunsuz fəaliyyət göstərən məscid bağlanıb
Tarix: 22-04-2015, 15:31 | Çap et
“Aşıq Rza” adı ilə qanunsuz fəaliyyət göstərən məscid bağlanıb
Azərbaycanda “Aşıq Rza” adı ilə qanunsuz fəaliyyət göstərən məscid bağlanıb və bununla bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.

Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib. Sədr müavini bildirib ki, bir neçə gün əvvəl Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yerli hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində “Aşıq Rza” məscidi adlanan və qeyri-qanuni fəaliyyətlə məşğul olan ev aşkarlanıb: “Xüsusi mülkiyyət olan həmin evin altındakı yarı-zirzəmi ərazi süni şəkildə, aidiyyəti dövlət qurumlarının icazəsi olmadan, mövcud qanunvericiliyə zidd şəkildə məscidə çevrilib. Həmin ünvanda Dövlət Komitəsində qeydiyyata alınmış hər hansı dini icma bu günədək fəaliyyət göstərməyib. Hazırda qanunsuz məscidin fəaliyyəti dayandırılıb və müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə açıqlama veriləcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net