Laçın sakinini güllələyən şəxslər azadlıqda gəzir
Tarix: 22-04-2015, 14:11 | Çap et
Laçın sakinini güllələyən şəxslər azadlıqda gəzir
1992-ci ildə Laçından didərgin düşmüş, hazırda Şüvəlan qəsəbəsi, Gənc Kosmanavt düşərgəsində məskunlaşmış Bəxtiyar Hüseynov evinin önündə güllələnsə də, hadisəni törədənləri sərbəst buraxıblar. JAM.AZ-a müraciət edən Bəxtiyar Hüseynov yazır ki, 15 aprel 2015-ci il tarixdə, saat 22 radələrində yaşadığı mənzilin qarşısında iki nəfər tərəfindən qundaqsız tüfəngdən açılmış atəş nəticəsində yaralanıb.

O bildirir ki, hadisədən sonra Xəzər Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirərək, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırovu həbs edib. «Çox təəsüflər olsun ki,bəzi mətbuat orqanları həqiqətə uyğun olmayan məlumatlar yayıblar. Guya, sonradan polis işçiləri tərəfindən adını öyrəndiyim Elnur adlı şəxsin həyat yoldaşnı təhqir etdiyim üçün vurulmuşam. Mən 2007-ci ildən həmin qadınla boşanmışam və bu günə qədər onun barədə heç bir nəlayiq ifadələr işlətməmişəm, tamamilə bu müddətdə onu görməmişəm».

Laçın sakini deyir ki, Səadət Hüseynovayla 1997-ci ildə ailə həyatı qurub və 3 ay birlidə yaşadıqdan sonra boşanıblar. Hüseynovun sözlərinə görə, həmin müddətdən bəri o, keçmiş həyat yoldaşını görməyib. «Elnurun adını isə polislərdən öyrənmişəm və ümumiyyətlə, onu heç zaman görməmişəm».

Başına gələn olaydan dolayı açılmış cinayət işi üzrə aparılan istintaqdan ciddi şəkildə narazı olduğunu vurğulayan Bəxtiyar Hüseynov qeyd edir ki, cinayəti törətmiş Abbas Arzu oğlu Dünyamalıyev sonradan sərbəst buraxılıb. «Hadisəni törətməkdə birbaşa şərait yaradan və vasitəçilik edən bu şəxs olub. Elnur Xıdırov isə çinayəti törədib, lakin buna yüngül cinayət maddəsi ilə təqsirli bilinib. Halbuki onlar CMP-nin 126-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməli idilər».

Sözügedən şəxs sonda onu da vurğulayır ki, müvafiq dövlət qurumları bu olayla bağlı işi nəzarətlərinə götürərək, istintaqın obyektiv aparılmasını təmin edəcəklərinə ümid edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net