Sabirabadda üçəm doğuldu – Mehriban, Leyla, Arzu
Tarix: 22-04-2015, 13:53 | Çap et
Sabirabadda üçəm doğuldu – Mehriban, Leyla, Arzu
Sabirabad rayonunda üçəm doğulub.

Sabirabad rayon Perinatal Mərkəzindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı ötən gün mərkəzdə üç qız dünyaya gətirib.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1, 3,0 və 2,8 kiloqramdır. Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adları qoyublar. Körpələrin vəziyyətinin normal olduğu bildirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net