`Sevil` rəhbərliyinin 9 milyonluq əmlakı müsadirə edilib
Tarix: 22-04-2015, 13:36 | Çap et
`Sevil` rəhbərliyinin 9 milyonluq əmlakı müsadirə edilib
“Sevil Massivi” MTK ilə bağlı cinayət işi yaxın zamanlarda baxılması üçün məhkəməyə göndəriləcək.

Azvision.az xeber verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

K.Əliyevin sözlərinə görə “Sevil Massivi” MTK tərəfindən törədilmiş cinayətlərlə bağlı 5 şəxs cinayət məsuliyyətinə cəlb edilib:

“Hazırda istintaq başa çatmaq üzrədir. Yaxın zamanlarda məhkəməyə verilməsi təmin ediləcək. Bu işlə bağlı 1279 şəxsə ziyanın ödənilməsi təmin edilib. Ziyanın hansı formada ödənilməsi vətəndaşın istəyindən asılıdır. Bəziləri bunun pul formasında ödənilməsini, digərləri isə natura şəklində, yəni mənzil və ya torpaq şəklində ödənilməsini tələb edir. Ödənilməyənlərlə bağlı isə ekspertizalar təyin edilib. Ekspertiza zamanı vətəndaşların nə qədər xərc çəkilməsi öyrəniləcək. Təqsirləndirilən şəxslərin 9 milyondan artıq əmlakları müəyyən edilərək onların üzərinə həbs qoyulub. Əminəm ki, məhkəmənin hökmündən sonra digərlərinə dəymiş ziyan da tam ödəniləcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net