24 yaşlı oğlandan polisə şikayət: “Qadın məni döydü”
Tarix: 22-04-2015, 13:31 |
Çap et
Bakının Qaraçuxur qəsəbəsində 24 yaşlı oğlan qadının onu döyməsi barədə polisə şikayət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Masallı rayon sakini iddia edib ki, o, qəsəbədə Şərq yaşayış massivində döyülüb.
1991-ci il təvəllüdlü Orxan Kərimov Bakı sakini 1973-cü il təvəllüdlü Bəsti İsmayılovanın onu döydüyünü deyib.
Hadisə nəticəsində O.Kərimov xəsarət alıb.