İçərişəhərdə intihara cəhd - ailə münaqişəsi
Tarix: 22-04-2015, 13:27 | Çap et
İçərişəhərdə intihara cəhd - ailə münaqişəsi
Bakıda 29 yaşlı kişi intihara cəhd edib. Lent.az-ın məlumatına görə, İçərişəhərdə yaşayan 1986-cı il təvəllüdlü Mahmudov Rəşad Fəxrəddin oğlu özünü İstiqlaliyyət küçəsi 53-ün qarşısında zəhərləyib. 29 yaşlı R.Mahmudov sirkə turşusu içdikdən sonra əvvəlcə 3 saylı təcili tibbi yardım stansiyasına, oradan da Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

İlkin araşdırmalardan sonra R.Mahmudovun ailə münaqişəsi zəminində həyatına qəsd etdiyi məlum olub.

Araşdırmalar davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net