Hacıqabulda toy karvanı qəzaya uğradı: 2 yaralı
Tarix: 22-04-2015, 10:40 |
Çap et
Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində toy karvanı qəzaya uğrayıb.
APA TV-nin xəbərinə görə, 1958-ci il təvəllüdlü Bakı sakini Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı yük maşını toy karvanında gedən İmişli rayonunun Yalavac kənd sakini, 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə “Mercedes”də olan İmişli rayonunun Yalavac kənd sakinləri - 1984-cü il təvəllüdlü Muradova Esmira Salamat qızı və 1962-ci il təvəllüdlü Şükürova Nisə Şahverdi qızı ağır qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən istintaq aparılır.