Əhməd Vəliyev tələbələrin diplom ala bilməməsinə aydınlıq gətirdi
Tarix: 21-04-2015, 16:12 | Çap et
Əhməd Vəliyev tələbələrin diplom ala bilməməsinə aydınlıq gətirdi
Odlar Yurdu universitetini ötən il bitirən bir qrup tələbənin diplomlarını hələ də ala bilməməsi məsələsinə universitetin rektoru Əhməd Vəliyev aydınlıq gətirib.

Rektor “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyun ayında dövlət imtahanını verən tələbələr diplomlarını artıq alıblar: “Dekabrın sonunda verilən dövlət imtahanından keçən tələbələrin isə bir qisminə diplom verilib, qalanlarına da bu yaxınlarda veriləcək. Bildiyiniz kimi, diplom Təhsil Nazirliyindən universitetə göndərilir, universitetdə isə ona möhür vurulur”. Onun sözlərinə görə, bəzən tələbələr valideynlərinə universiteti bitirdiklərinə dair yanlış məlumat verirlər: “Tələbə dörd il universiteti oxuyursa, bu o demək deyil ki, o universiteti bitirib. Hansısa tələbənin kəsiri varsa, o dövlət imtahanına buraxılmır. Kredit sisteminə görə tələbə universiteti beş ilə də bitirə bilər. Valideynlər iddia edə bilər ki, əsgərdə olan oğlanları hələ də diplom ala bilməyiblər. Amma bu düzgün informasiya deyil. Kimin belə bir problemi varsa, universitetə müraciət edə bilər, biz məsələni yerindəcə araşdırarıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Odlar Yurdu” universitetində diplomların gecikdirilməsi ilə bağlı məlumat yayılmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net