Sürücülərə "nümunə" olan yol polisi (VİDEO)
Tarix: 21-04-2015, 16:08 | Çap et
Sürücülərə "nümunə" olan yol polisi (VİDEO)
Bakıda Dövlət Yol Polisi əməkdaşının qanunsuz hərəkətləri qeydə alınıb.

Oxu.az xəbər verir ki, avtomobilə quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə qeydə alınan görüntülərdə piyadanın həyatına təhlükə yaradan DYP avtomobili hər kəsi qıcıqlandırıb. Belə ki, İnşaatçılar prospektində DYP-yə məxsus göy işıq və xüsusi səs siqnalı ilə işarə verməyən 10 YP 701 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil piyada keçidindən qanunla keçən bir neçə vətəndaşa yol verməyib.

Qeyd edək ki, təkcə bu ilin 3 ayı ərzində piyadaların vurulması ilə bağlı 110 hadisə baş verib. Nəticədə 50 faiz ölən (34 nəfər), 38 faiz xəsarət alan (84 nəfər) olub.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net