`Əli və Nino`nun aktyorunu Bakıda döydülər
Tarix: 21-04-2015, 15:56 | Çap et
`Əli və Nino`nun aktyorunu Bakıda döydülər
Bakıda xuliqanlıq hadisəsi baş verib.

Dia.az lent.az-a istinadən xəbər verir ki, İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hüseyni Heyrəbadi Məhəmməd oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən saat 06 radələrində Xəqani küçəsi 14 ünvanının qarşısında xuliqanlıq zəminində döyülüb. Şikayətçi ona hücum edən şəxsin adının Orxan olduğunu əlavə edib.

İlkin araşdırmalardan sonra məlum olub ki, H.Hüseynini döyən şəxs Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Kazımov Orxan Yusif oğludur.

O da məlum olub ki, zorakılıqla üzləşmiş şəxs Bakıda çəkilən “Əli və Nino” filminin aktyorlarından biridir. H.Hüseyni filmdəki bəzi səhnələrdə kaskadyorluq edir və şəhərin mərkəzində yerləşən otellərdən birində qalır.

Müraciət əsasında araşdırmalar davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net